banner
banner

Gündəm

Bugünkü fərmandan sonra yollarda nə dəyişəcək?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Eyni fərmanla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə keçib.

Prezident Administrasiyasına yeni səlahiyyət VERİLDİ

Prezident Administrasiyası İAMAS sistemindən vətəndaşların şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhəd keçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri də sorğulaya biləcək.

Ramiz Mehdiyevin yerinə ONUN ƏSAS DÜŞMƏNİ GƏTİRİLİR - ŞOK İDDİA

Neçə müddətdir ki, AMEA-nın rəhbəri postunda dəyişiklik üçün yerli KİV-in iştirakı ilə alt yapı - zəmin hazırlanmaqdadır. DİA.AZ bildirir ki, PA-dan qovulduqdan sonra AMEA-nın rəhbərliyinə gətirilən Ramiz Mehdiyevlə siyasi hakimiyyətinin münasibətlərinin gərgin olduğu ortadadır. Hazırda Ramiz Mehdiyevə qarşı bir ETİRAZ PARADI müşahidə olunmaqdadır ki, bunun da bir mətniqi sona varacağaı gözləniləndir. Yəni Ramiz Mehdiyev istənilən halda AMEA rəhbərliyindən uzaqlaşdırılacaq.

MEDİA Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasına cavab verib

Medianın İnkişafı Agentliyi (MEDİA) yanvarın 26-da Avropa Şurasının Demokratik İştirak İdarəsinin (Directorate of Democratic Participation) tabeliyində olan Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platformasının rəsmi səhifəsində “Azərbaycanda yeni media məhdudiyyətləri qəbul edilir” başlığı altında yerləşdirilən məlumatda “Media haqqında” qanun layihəsinin məzmunu və mahiyyətinə dair bir sıra əsassız iddialara cavab verib.