banner
banner

Gündəm

Ramiz Mehdiyevin həyat yoldaşı 3 ayda 326 min borc ödəyib - FOTOFAKT

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevnanın təsisçilərindən olduğu “Fireland Vineyards” MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub.

"Ölkədə enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur" - Prezident

"Bu gün Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar".

Kəlbəcərdəki mövqelərimiz yenidən atəşə tutuldu

Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Rövnəq Abdullayev SOCAR-dan çıxarılmasından danışdı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rövnəq İbrahim oğlu Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunması ilə bağlı sərəncam imzalayıb.