banner
banner

Gündəm

Baş prokurorlar Füzuli və Şuşada - FOTOLAR

Xəbər verildiyi kimi, Türkiyə Respublikası İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıda rəsmi səfərdədir. Baş Prokurorluqdan Cia.az-a verilən məlumata görə, noyabrın 24-də nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonuna səfər ediblər.

Soçi görüşündə müzakirə olunacaq mövzular açıqlandı

Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı olub. Cia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Putinlə Mişel 26 noyabrda üçtərəfli Soçi görüşündə müzakirə ediləcək məsələlərdən danışıblar.

“Konstitusiyaya heç bir mənası olmayan maddə salındı”

“Bu gün konstitusiyada dəyişikliyə ehtiyacı olan məsələ bələdiyyələrlə bağlıdır. Referendumla konstutusiyaya heç bir mənası olmayan maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verilməlidir. Amma bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib”.

İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta müqaviləsi müddətsiz bağlanılacaq

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin yeni məzmunu və formasına dair Azərbaycan Mərkəzi Bankı (AMB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İcbari Sığorta Bürosunun (İSB) rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.