banner
banner

Gündəm

DİN 50 işçi axtarır

Daxili İşlər Nazirliyi (DİN) respublikanın şəhər, rayon polis orqanlarında, Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.

Azərbaycan dünyanın xilası missiyasında

Təxminən XIX əsrin ortalarında baş vermiş sənaye inqilabı və kütləvi istehsal havaya buraxılan sənaye qazlarının həcmini kəskin artırdı. Bu qazlar binaların isidilməsi və işıqlandırılmasında, o cümlədən, hər gün yediyimiz kənd təsərrüfatı məhsullarının istehsalında istifadə etdiyimiz istilik və elektrik enerjisinin yan məhsullarıdır.

Rəsmi Moskvadan Soçi görüşü barədə açıqlama

“Rusiya tərəfi hesab edir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına dair perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq”. Cia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

6 COVID-19 xəstəsi saxlanıldı

Noyabrın 24-də polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Ermənilər Kəlbəcərə milyardlarla dollar ZİYAN VURUB

Bu gün Kəlbəcər rayonunun öz doğma sahibinə qayıtmasından 1 il keçir. Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik olan rayonlardan hesab olunur. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib.

İsrail və Ermənistan sərhəddəki vəziyyəti müzakirə etdi

İsrail və Ermənistan xarici işlər nazirləri Yair Lapid və Ararat Mirzoyan arasında telefon danışığı olub. Cia.az“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Ermənilər su borularına da mina yerləşdirib

"Təmizlədiyimiz ərazilərdə sürpriz, yəni təyinatı dəyişdirilmiş minalara da rast gəlirik. Ani toxunuş ölümə səbəb ola bilər". Cia.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 2 saylı təmizləmə qrupunun əməliyyat meneceri Ehtiram Cəfərov bildirib.