banner
banner

Gündəm

“Ermənilərə təklif edirik ki, sülh müqaviləsi imzalasınlar” - Arzu Nağıyev

“Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları, ATƏT -in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar artıq dövlət sərhəddindəki vəziyyət barədə məlumatalandırılıblar. XİN-in vasitəsilə baş verən insident haqqında məlumataları var. Əsas məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatlar buna necə reaksiya verirlər”.

Sabiq Prezident Rosen Plevnelievin Bakıdakı açıqlaması Bolqarıstanın erməni icmasını hiddətləndirib

VIII Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Bolqarıstanın sabiq Prezidenti Rosen Plevnelievin Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etdiyi, öz ərazilərini 30 illik işğaldan sonra azad etməyə müvəffəq olduğunu və tarixi ədaləti bərpa etdiyini, Azərbaycanın Qarabağ regionunda işğal dövründə bütün mədəni və dini abidələrin dağıdıldığını, hazırda isə orada yenidənqurma və bərpa işlərinin aparıldığını, eləcə də regionda əməkdaşlıq üçün yeni imkanların açıldığına dair Azərbaycan mətbuatına verdiyi müsahibələrlə əlaqədar Bolqarıstanın erməni icması kəskin bəyanatla çıxış edərək, R. Plevnelievin ictimai qınanması və pislənilməsi məqsədilə Bolqarıstanın Prezidenti Rumen Radevə və ölkə ictimaiyyətinə müraciət edib.

Azərbaycan bütün hədəflərinə çatacaq

Ermənistanın noyabrın 16-da Azərbaycanla sərhəddə həyata keçirməyə cəhd göstərdiyi hərbi təxribat bu ölkənin bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadığını, 44 günlük müharibədə uğradığı acı məğlubiyyətdən nəticə çıxarmadığını bir daha təsdiqləyir.

Paşinyan sərhədlərlə bağlı təklifi QƏBUL ETDİ

Rusiya Müdafiə Nazirliyi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazırlıq prosesi ilə bağlı təkliflər verib, bu təkliflər Ermənistan tərəfindən qəbul edilir. Cia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü hökumət iclasında deyib.

TOVUZDAKI MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB - Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Paşinyan məsuliyyəti üzərinə GÖTÜRMƏLİDİR

“Bütün hallarda bu proses Ermənistanın əleyhinə işləyir. Dünən olan təxribat onu göstərdi ki, Ermənistanın tutduğu yol yanlış yoldur və onu uçuruma aparır. Ermənistan anlamalıdır ki, yekun sülh müqaviləsini imzalamağa hazırlaşmalı və Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır”.