banner
banner

Gündəm

Bu gündən Azərbaycanda daha bir qadağanın tətbiqinə başlanıldı

Bu gündən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

10-cu sinif şagirdi vəfat etdi

Sumqayıtda məktəbli vəfat edib. Cia.az xəbər verir ki, İdrak Liseyinin 10-cu sinif şagirdi Gülarə Nağıyeva bu gün dünyasını dəyişib.

Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı təsis edilir

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020) münasibətilə yubiley medalı təsis ediləcək. APA-nın məlumatına görə, bu, “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Akar: “Azərbaycanın 30 illik işğala son qoyması bölgədə davamlı sülh üçün yeni imkanlar yaradıb” DSX tərəfindən 312 hektar ərazi minalardan təmizlənib Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq sahəsində sənəd imzalanıb - FOTO Layihəyə əsasən, Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə medalı da təsis edilir. Qanun layihəsi Milli Məclisə daxil olub.

Qazaxıstan Azərbaycana uçuşları bərpa edir

Qazaxıstan Azərbaycanla uçuşları bərpa edir. Cia.az “Zakon.kz”yə istinadən xəbər verir ki, “Air Astana” aviaşirkəti Almatı-Bakı reysi üzrə uçuşları noyabrın 7-dən bərpa etməyi planlaşdırır.

Braziliyalı senator Gəncə və Ağdamda olub - Fotolar

Ölkəmizdə səfərdə olan Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya oktyabrın 31-də Gəncə şəhərinə səfər edib. Cia.az xəbər verir ki, dostluq qrupunun rəhbəri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkib. Qonaq ötən ilin oktyabrında burada mülki əhaliyə qarşı törədilmiş cinayət izlərinin şahidi olub.

Üç ölkənin baş prokuroru bu gün Bakıda olacaq

Artıq bir neçə gündür bəzi yerli KİV-lərdə və sosial şəbəkələrdə minik avtomobillərinin və mobil telefonların qeydiyyatı üçün rüsumların artırılacağına dair şayiələr ətrafında ajiotaj yaradılır.