Gündəm
ÖTƏN İL BU TARİXDƏ: 44 günlük Zəfər yolunun 33-cü gününün xronikası + VİDEO
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Ağdamda tapılan insan skeletləri ilə bağlı araşdırma başladı
Baş Prokurorluq Ağdam rayonunda qazıntı işləri zamanı iki insan skeletinin tapılması haqda açıqlama verib. Mətbuat xidmətindən Cia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Ordumuzun gücü açıqlandı: Dünya üzrə görün neçənci yerdəyik...
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda lider ölkədir.
Şuşada poliqonun yaradılması üçün yer axtarılır - RƏSMİ
“Hazırda Şuşada tullantıların yığılması işi davam etdirilir və müvəqqəti müvafiq yer Daşaltı kəndinin yaxınlığında yerləşir. Orada poliqonun tikilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əraziyə baxmalıyıq”. Bunu Cia.az-a açıqlamasında “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib. O bildirib ki, sözügedən şəhərdə poliqonun yaradılması üçün torpaq sahəsi ayrılmalıdır:
Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Arif Məmmədov təyin olunub. Cia.az-ın əldə etdiyi məlumata əsasən, o, bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində işləyib.
“Türkiyədə Heydər Əliyevin də məzarı olsaydı, ziyarət edərdim” – Polad Həşimovun anası
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun anası Səmayə Həşimovanın Anakarada Azərbaycan Xalq Cümhiruyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməsi maraqla qarşılandı.
İlham Əliyev: "Keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə qaytarmaq üçün fəal iş aparırıq"
"İkitərəfli münasibətlərə gəldikdə, biz əlaqələrin intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, mövcud potensial ötən illərdə tam həcmdə reallaşdırılmayıb. Buna görə əlbəttə ki, iqtisadi-ticari sahəyə diqqət yetirmək lazımdır, bu sahədə əmtəə dövriyyəsini artıra bilərik".
Azərbaycanda fəaliyyətinə xitam verilən 3 hakimin adı məlum oldu
Xəbər verdiyimiz kimi, oktyabrın 26-da Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
Maksim Şevçenko: “Ermənistanda bir çox insan Nikol Paşinyanla hesablaşmaq istəyir”
Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Ermənistanda siyasi vəziyyət, hərbi çevrilişin mümkün olub-olmaması və s. məsələlərlə bağlı Oxu.Az-a açıqlama verib. Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın həm ölkəsində, həm də Avropada kifayət qədər tərəfdaşı var:
Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşdü - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb. Cia.az xəbər verir ki, nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları, eləcə də Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Bankla müxtəlif sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ağdamın azad olunan ərazisində insan skeletləri tapıldı - Qolları məftillə bağlanıb
Cia.az APA TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb. Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikinti texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.
Bərdə şəhərinin erməni terroruna məruz qalmasından 1 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.
Koronavirusa yoluxan Vilyam Hacıyev sağalaraq təcridxanaya qaytarılıb
Koronavirusa yoluxaraq Mərkəzi Gömrük Hospitalına köçürülən İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin səhhəti yaxşılaşıb. Ədliyyə Nazirliyindən Cia.az-a bildirilib ki, vəzifə cinayətlərinə görə həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev bir müddət əvvəl koronavirus xəstəliyinə yoluxduğundan o, Gömrük Hospitalında yerləşdirilərək orada müalicə alıb. Artıq V.Hacıyev, tam sağalaraq penitensiar sistemə geri qaytarılıb.
Qubadlıda gömrük postu yaradıldı
Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunu yaradıb. Bunu “Report”a müsahibəsində DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov bildirib.


