banner
banner

Gündəm

Paşinyan Xankəndiyə niyə gəlmir? - İrəvandan AÇIQLAMA

II Qarabağ Müharibəsinə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi müntəzəm şəkildə Azərbaycanın Qarabağ bölgəsində, xüsusən Xankəndi şəhərinə gəlirdi. Cia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında müxalifətdə olan “Ermənistan” fraksiyasının deputatı Aqvan Vardanyan baş nazirin müavini Suren Papikyana bu barədə sual verib: Paşinyan Xankəndiyə niyə getmir?

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mesajları - MÖVQE

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə və Zəngilana səfərləri çox mühüm tarixi və siyasi hadisədir. Türkiyə liderinin Prezident İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını etməsi böyük əhəmiyyət kəsb edirdi”. Bunu Cia.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli və Zəngilana səfərlərindən danışarkən deyib. Millət vəkili bildirib ki, R.T.Ərdoğanın Füzuli aeroportunun açılışında, Zəngəzur dəhlizinin bir hissəsi olan avtomobil yolunun təməlqoyma mərasimində iştirak etməsi dünyaya verilən dostluq, qardaşlıq mesajıdır.

Zəngəzur dəhlizi kimləri narahat edir?

“Azərbaycan və Türkiyə arasında əlaqələr Zəngəzur dəhlizi olmadığı zamanlarda da yüksək səviyyədə idi. Müxtəlif coğrafi yollarla əməkdaşlıq güclənib, hazırkı müttəfiqlik səviyyəsinə qalxıb. Dəhliz açılandan sonra türk dünyasının birləşəcəyi haqqında fikirlər səsləndirəndə isə əlaqələri daha da gücləndirən amilə çevriləcəyini nəzərdə tuturuq”.

Ərdoğandan Bakıdakı keçmiş səfirə sərt İTTİHAM: “O, Azərbaycana da xəyanət etdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dünənki səfərinin ardından bir sıra səs-küylü açıqlamalar verib. Cia.az xəbər verir ki, Ərdoğan Türkiyədə az qala “persona non grata” elan olunacaq 10 xarici səfirin məsələsindən danışarkən, Cümhiriyyət Xalq Partiyasını (CHP) onlara dost münasibət göstərməkdə günahlandırıb. Prezident bu məsələdə CHP-li deputat, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviközü xüsusilə sərt tənqid edib.

Məktəblər noyabrda bağlanacaq? - Nazirlikdən AÇIQLAMA

Sosial şəbəkələrdə müzakirələr zamanı noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur. Təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Xəzər TV”də yayımlanan “Təsir Dairəsi” verilişində bu iddialara münasibət bildirib: “Rəsmi onu deyə bilərəm ki, bu gün üçün belə bir qərar yoxdur. Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq. ÜST-ün tövsiyəsi ondan ibarətdir ki, təhsil müəssisələri sonda bağlanmalıdır”.

Daxili İşlər Nazirliyi qazilərə müraciət etdi

Dünən – oktyabrın 26-da Vətən müharibəsi iştirakçısı olan bir qrup şəxs onlara məxsus torpaq sahəsindən çıxarılacaqları ilə bağlı xəbərdarlığa etiraz əlaməti olaraq paytaxtın Ziya Bünyadov prospektini bağlayaraq nəqliyyatın və vətəndaşların sərbəst hərəkətinə mane olmağa cəhd edib. Həmin vaxt hadisə yerinə gələn polis əməkdaşlarının yolu bağlayan qazilərə qarşı güc tətbiq etmələri və onlarla kobud rəftara yol vermələri barədə sosial şəbəkələrdə iddialar səsləndirilir. Bu, doğrudanmı belə olub? Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sualını cavablandırarkən polis əməkdaşlarının qazilərlə kobud rəftarı və ya onlara qarşı hər hansı güc tətbiq etmələri barədə səsləndirilən iddiaların yanlış olduğunu və həqiqəti əks etdirmədiyini bildirib:

Qarabağın növbəti qonağı kim olacaq? - Putin, İmran Xan, yoxsa Zelenski?..

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsindən sonra iki dəfə Qarabağda oldu. Birinci dəfə Şuşada oldu, dünən də Füzuli və Zəngilanda. Füzuli Hava Limanı beynəlxalq statusa malikdir. Bu o deməkdir ki, Füzuli Hava Limanı istənilən dövlətin rəsmi nümayəndə heyətini daşıyan təyyarəni qəbul etməyə hazırdır. Əsas sual budur: Türkiyədən sonra hansı digər dövlətin rəhbərinin təyyarəsi Füzuli Hava Limanına enərək Qarabağa səfər edəcək?

Operativ Qərargahın qüvvədə olan QADAĞALARI

Azərbaycanda koronavirus pandemiyasına qarşı vaksinasiya prosesinin sürətlənməsindən sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən xüsusi karantin rejimi ilə bağlı yumşalmalar tətbiq edildi. Əlavə olaraq, həmin tarixdən bir çox iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi həyata keçirildi. Yumşalmalardan sonra fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərində, xeyir-şər məclislərində və kütləvi toplaşma tələb edən xidmət sahələrində COVID-19-a qarşı peyvənd pasportu tələb olunur.

Prezidentlər Zəngilanda ağac əkdilər - Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar. Cia.az xəbər verir ki, dövlət başçıları burada ağac əkiblər.

“Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi?” - Ərdoğan

Xəbər verdiyimiz kimi, bu gün Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Cia.az xəbər verir ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Zəngəzur dəhlizi ilə bağlı dövlət başçılarına məlumat verib: