Gündəm
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Ağıllı aqropark”ın təməlini qoyublar
Bu gün Zəngilanın Ağalı kəndində “Ağıllı aqropark” layihəsinin təməli qoyulub. Cia.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təməlqoyma mərasimində iştirak ediblər.
“Bu illüziya keçən il 44 gün ərzində puç oldu” - Rusiyalı ekspert
“Ermənistanın mövcudluğunun mənası qalmayıb”. Cia.az "AzərTAc"a istinadən xəbər verir ki, rusiyalı hərbi eksperti Yevgeni Krutikovun məqaləsi “VZQLYAD.RU” informasiya-analitik nəşrində bu başlıq altında dərc edilib.
Qarabağdakı sülhməramlıların yeni komandanı niyə passivdir...
Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni - üçüncü komandanı general-leytenant Gennadi Anaşkindir. Təyinatından bir ay ötməsinə baxmayaraq, generalın danışıqlar prosesində aktiv iştirakı, mətbuata açıqlamaları müşahidə edilmir.
Zəngəzur dəhlizinin təməli qoyuldu
Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub. Cia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.
Ermənistan parlamenti Azərbaycanla sərhəddəki demarkasiya ilə bağlı qapalı iclas keçirəcək
Bu gün Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçiriləcək. İclasda Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts və Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan iştirak edəcək.
"Azərbaycan” Nəşriyyatına yeni kadr təyinatları olub.
Cia.az-in əldə etdiyi məlumata görə, bununla bağlı nəşriyyatın baş direktoru Leyla Güləliyeva əmr imzalayıb.
Laçında qəbirüstü at fiqurları tapılıb
Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə qəbirüstü at fiqurları aşkar olunub.
Tapılan aktrisanın səhhəti qaydasındadır
Bir neçə gündür itkin hesab edilən RSFSR Əməkdar artisti Svetlana Svetliçnaya Moskvada sağ-salamat tapılıb. Bu barədə Cia.az “İzveztiya” nəşrinə istinadən xəbər verir.
Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir
“İşğaldan azad edilmiş ərazilərimizdə inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanında cəmi 9 ay ərzində qurulub sınaq uçuşları həyata keçirilib. Bu gün isə hava limanının rəsmi açılış mərasimi reallaşıb”. Bunu Cia.az-a açıqlamasında Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib.
Ordumuzu addım-addım böyük Zəfərə aparan yol: Şuşa əməliyyatı - TƏHLİL
Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı 44 günlük müharibədə ordumuza strateji üstünlük qazandıran əməliyyatlarla bağlı tez-tez maraqlı detalları açıqlayır, bu döyüşlərin əhəmiyyətindən bəhs edir. Sözsüz ki, bu döyüşlər sırasında bəlkə də ən ağırı və eyni zamanda ən əzəmətlisi Şuşa əməliyyatıdır. Dünyanın hərb tarixinə düşən, bir çox aparıcı təşkilatlar, hərbi ekspertlər və araşdırmaçılar tərəfindən öyrənilən əməliyyat Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsi rolunu oynayıb.
İlham Əliyev Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib.
Ərdoğanın təyyarəsi Füzuli aeroportunda
ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.
Şuşanın ilk qarı
Bu gün Şuşa şəhərinə ilk qar yağıb. Cia.az xəbər verir ki, bununla bağlı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov sosial şəbəkədə video paylaşıb
“Bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq”
“Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda. Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik”.
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan Cia.az-a verilən məlumata görə, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər. Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına görülən işlər, həmçinin icrası nəzərdə tutulan layihələr üzrə sənəd və təkliflər barədə ətraflı məlumatı təqdim edib.
“Şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək”
“Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi”.


