banner
banner

Gündəm

Peyvənd olunmaq koronavirusu həyatımızdan çıxarmağın yeganə yoludur - Səttar Möhbalıyev

Birmənalı olaraq deməliyik ki, Azərbaycan dövləti pandemiya ilə mübarizənin ilk günlərindən əhalinin həm sağlamlığını, həm də yüksək rifahını qorumaq üçün bütün lazım olan tədbirləri vaxtında və ən effektiv şəkildə həyata keçirib. Əgər bu gün Azərbaycan dünyada pandemiyanın qurbanlarının sayına görə sonuncu yerlərdə gələn ölkələrdən biridirsə, bu da məhz dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin nəticəsidir. Lakin indi artıq koronavirusdan sadəcə qorunmağın deyil, onu həyatımızdan tamamilə çıxarmağın vaxtıdır. Buna isə yalnız və yalnız vaksinasiya ilə nail olmaq olar.

Toylarla bağlı qaydaları pozanların NƏZƏRİNƏ! - 5 000 AZN-dən 11 000 AZN-ə qədər cərimə

Nazirlər Kabinetinin qərarına əsasən artıq 1 iyul tarixindən başlayaraq şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə veriləcək. İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə yoxlamalar həyata keçiriləcək. Yoxlamalara nəzarət isə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təşkil ediləcək.

“Fulya Öztürkə qara yaxmaqla bizdən qisas almaq istəyirlər” - politoloq

Bir neçə gündür sosial şəbəkələrdə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanla bağlı informasiyaların dünyaya çatdırılmasında böyük rolu olan “CNN-Türk” kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkilməsi xeyli müzakirələrə səbəb olub. Bəziləri bu ideyanı “yersiz” adlandırıb, bəziləri isə bunun əksini deyib.

Qaydaları pozanlar cərimələnəcək - 200 manatdan 11 minə qədər

Xəbər verdiyimiz kimi, iyulun 1-dən icazə veriləcək şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməlidir.

Nazirliyin keçmiş xidmət rəisinin həbs müddəti artırılıb

Səbail Rayon Məhkəməsində Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara baxılıb.