banner
banner

Gündəm

Vətən müharibəsinin dərsləri və inkişaf strategiyası

İkinci Qarabağ müharibəsinin üçüncü on günlüyünün sonlarında çalışdığım Bakı Mühəndislik Universitetinin kollektivi ilə birlikdə artıq müharibənin Azərbaycanın tam qələbəsi ilə bitdiyini qəti müəyyənləşdirərək fəaliyyətə keçməyə qərar verdik. İlk olaraq, işğaldan azad olunmuş torpaqlarda bərpa strategiyası mövzusunda konfrans keçirdik, təkliflər paketini hökumətə və ictimaiyyətə təqdim etdik.