banner
banner

Gündəm

ANAMA mütəxəssisindən Kəlbəcərdə şəhid olan jurnalistlərlə bağlı önəmli açıqlama

Minalar müharibədən sonrakı müharibədir. Nə qədər ki, Ermənistan minaların xəritələrini verməyib, təhlükənin sovuşduğunu heç bir halda söyləmək olmaz. Ötən həftə iki jurnalistin - Məhərrəm İbrahimov və Sirac Abışovun Kəlbəcərdə minaya düşərək şəhid olması da göstərdi ki, minaların təmizlənməsi işlərinə daha çox güc səfərbər olunmalıdır.

Əflatun Amaşov: “Bəzən sözümüzə məhəl qoyulmur”

“Təəssüf ki, xidməti vəzifəsini yerinə yetirən Azərbaycan jurnalistlərinin Kəlbəcərdə mina partlayışı nəticəsində həyatlarını itirmələri faktına zəruri beynəlxalq reaksiya yoxdur. Hesab edirəm ki, bu, ümumən Azərbaycana münasibətdə hər zamankı ikili standartlar siyasətinin nəticəsidir”.

Azərbaycanın diaspor jurnalistləri beynəlxalq təşkilatlara müraciət edib

Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət edib.