Gündəm
Azərbaycanda suya da limit tətbiq ediləcək
Azərbaycanda kommunal xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində tarif siyasətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Bu dəyişikliklər resursların daha səmərəli idarə olunmasına, istehlak mədəniyyətinin formalaşmasına və su ehtiyatlarının qorunmasına xidmət etməyi hədəfləyir. Elə bu kontekstdə həmin diferensial tariflərin nə zaman qüvvəyə minəcəyi məsələsi də aktuallaşır.
Hikmət Hacıyevdən diplomatların Cəbrayıl və Zəngilana səfəri bağlı PAYLAŞIM
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı paylaşım edib.
“Moskva” univermağında qanunsuzluq: İş məhkəməyə göndərildi
Memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş “Moskva” univermağının binasına baxış keçirilən zaman qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib.
Bakıdakı qəzada həlak olan tanınmış müğənni imiş - Fotolar
Bakıda avtomobil 37 yaşlı qadını vuraraq öldürüb.
Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
DİQQƏT! Bu ərazidəki yeraltı avtodayanacağın fəaliyyəti dayandırılır
8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.
Bu il amnistiya olacaqmı?
“Bu ilin sonuna amnistiya məsələsi hələ ki, nəzərdə tutulmayıb. Əks halda bununla bağlı hazırlıq işləri aparılardı. Hər halda belə hazırlıq işləri barəsində bilgim yoxdur”.
İndi Balakənə kim rəhbərlik edir? – Deputat da bilmir
Şikayətlər əsasən vətəndaş qəbullarında olub. Eyni zamanda fərdi qaydada, köməkçim vasitəsi ilə çatdırıblar. İradlar daha çox məmur özbaşınalığı, şikayətlərə vaxtında baxılmaması, torpaq və iş problemləri ilə bağlı idi. Mən də aidiyyəti qaydada icra başçısının nəzərinə çatdırmışam. Müraciətin formasından, xarakterindən asılı olaraq, bəziləri həll olunub, bəziləri isə yox”.Bu sözləri “Yeni Sabah”a açıqlamasında Balakən rayonunun sabiq icra başçısı, hazırda Milli Məclisdə bu rayonu təmsil edən deputat Nəsib Məhəməliyev deyib. O bildirib ki, hazırda icra başçısının vəzifələrinin müvəqqəti kimə həvalə olunması ilə bağlı məlumatı yoxdur:
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirildi
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işləri üzrə dindirilən əsas fiqurların adları məlum olub.
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə - ŞOK MƏLUMATLAR
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə bağlı yeni və sensasion faktlar üzə çıxıb.
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi - Foto
Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.
Ramiz Mehdiyevin general oğlu hara yoxa çıxıb? — İLGİNC DETALLAR
Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin fövqəladə hallar nazirinin müavini olan oğlu Teymur Mehdiyev vətəndaş qəbulu keçirmir.
Bu kolleclərə yeni təyinatlar OLDU
Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
İcra nümayəndəsi 17 yaşlı gəlinin ölümündən danışdı
“Üç aydan sonra - gələn ilin yanvar ayında Əfsanənin 18 yaşı tamam olacaqdı”.
Məzahir Pənahov yola salınır - Yeni sədr o olacaq
Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq.
Sumqayıt şəhərində ağac kəsilmə faktı üzə prosessual araşdırma aparılır.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, şəhərin Nəsimi parkında yaşıllıq sahədə ağacların kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilib. Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcəkdir.


