Gündəm
Firad Əliyev vəzifəsindən azad olundu
Hərbi Prokurorluqda yeni kadr təyinatı olub. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev vəzifəsindən azad olunub.
Kişilərə BƏD XƏBƏR: Bu halda qadını boşamaq olmaz
Tərəflərdən biri (kişi) boşanmaq istəyirsə və bu zaman xanım hamilədirsə, hamiləlik dövründə və eyni zamanda uşağın 1 yaşı tamam olana qədər razılıq verilməzsə, hər hansı bir nikahın pozulması mümkün deyil. Qadın razılıq verməsə, uşağın 1 yaşınadək tərəflər arasında boşanma ola bilməz”.
Bu şəhər və kəndlərdə yaşayışa əlverişli evlər müəyyən edilib...
Köç planına əsasən 19 yaşayış məntəqəsinə o cümlədən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun 11 kəndinə (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) əhalinin köçü ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə müvafiq sayda qismən yararlı evlər müəyyən edilmişdir. Ölkə başçısının iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində işlər başa çatdırılmış 200 ailə (912 nəfər), Xanyurdu kəndində 69 ailə (237 nəfər), Təzəbinə kəndinə 28 ailə (125 nəfər), Badara kəndində 14 ailə (56 nəfər), Daşbulaq kəndində 13 ailə (67 nəfər), Seyidbəyli kəndində 9 ailə (30 nəfər), Şuşakənd kəndinə 15 ailə (59 nəfər), Ağdərə rayonunun Həsənriz kəndində 159 ailə (566 nəfər), Vəngli kəndinə 51 ailə (188 nəfər) və Kolatağ kəndinə 26 ailənin (89 nəfər) köçü baş tutub. Qeyd olunan kəndlərdə fərdi evlərin bərpası ilə yanaşı yaşıllıq zonalarının, o cümlədən əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkların salınması, dekorativ bitkilərin əkilməsi, küçələrin abadlaşdırılması, kənddaxili yolların təmiri və asfalt örtüyünün yenilənməsi, küçələrin işıqlandırılması, eləcə də müvafiq infrastrukturun yaradılması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi kimi tədbirlər həyata keçirilir.
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür.
40 min rəsmi narkoman – Azərbaycanda vəziyyət kritik həddə çatdı
“Necə ola bilər ki, illərlə buna qarşı mübarizə gedir, amma effektiv nəticə yoxdur. Əksinə, azalmır çoxalır. Demək metodoloji yanaşmanı dəyişmək lazımdır. Həm hüquq-mühafizə orqanları səviyyəsində, həm də cəmiyyətdə aparılan işlərlə. Bir yanaşma ki effekt vermir, demək dəyişməlidir. Hesab edirəm ki, hər iki istiqamətdə ciddi tədbirlər görmək lazımdır”.
“2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti
Sabah başlayacaq “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.
SON DƏQİQƏ! Oktyabrın 1-dən quru sərhədlər açılır? - AÇIQLAMA
Son zamanlar ölkə ictimaiyyətində quru sərhədlərin açılıb-açılmayacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə də oktyabrın 1-dən sonra sərhədlərin açılması ehtimalı ilə bağlı gözləntilər var.
Bakının bu əraziləri yenidən qurulur - Sərəncam
Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb.
Prezident Xocalı sakinləri ilə görüşdü - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.
İrəvan Ağrı dağına olan iddalarından əl çəkir? - "Real Ermənistan ideologiyasının müasir tələblərinə uyğun deyil"
Cia.az xəbər verir ki, Ermənistanda pasport möhürlərində Ağrı dağının təsvirindən imtinanın səbəbləri barəsində açıqlama verilib.
Soydaşımız Rusiyada deputat seçildi
Cia.az xəbər verir ki, azərbaycanlı Bəhruz Əli oğlu Hümbətov Rusiya Federasiyasının Udmurt Respublikasının İjevsk Şəhər Dumasının 25 saylı dairəsinin deputatı seçilib. O, rayon seçicilərinin 56 faizinin səsini toplayıb.
Xocalının Daşbulaq kəndinə ilk köç oldu.
Qarabağa böyük qayıdış prosesi davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç mənzil başına çatdı. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.
Sürücülük vəsiqəsi ilə bağlı qərarın detalları açıqlandı
Nazirlər Kabineti sürücülük vəsiqəsi almaq istəyən şəxslər üçün imtahan və vəsiqə verilməsi qaydalarında dəyişiklik edib. Yeni qərara əsasən, sürücülük vəsiqəsindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilə bilər. Bəs bu imkan sürücülərə nə kimi üstünlük verir?
Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti dayandırılır
Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti dayandırılacaq. Cia.Az xəbər verir ki, bu haqda ADY məlumat yayıb.
Xocalının daha bir kəndinə ilk köç- FOTO
Sentyabrın 12-də Xocalı rayonunun Badara kəndinə ilk köç baş tutub.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk mərhələdə kəndə 56 nəfərdən ibarət 14 ailə köçürülüb.


