banner
banner

Gündəm

Mövqelərimiz yenidən atəşə tutuldu

Bu gün saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Prezident və xanımı Şuşada

Mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.

Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Baku Oksford Məktəbi”nin müsadirəsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib. Hurriyet.az Report-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Kamilə Əliyeva Ali Məhkəmə müraciət edərək məktəb binasının yarısının pay sahibi olduğu və üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib. Onun kassasiya şikayəti icraata verilib. Şikayət hakim Teyyub Muxtarovun icraatına verilib. Kassasiya şikayətinə iyulun 23-də baxılacaq. Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib. Məmmədovun milyonlarla manat dəyərində əmlakı, o cümlədən “Baku Oksford Məktəbi” də müsadirə olunub. Kamilə Əliyeva məktəb binasının yarısının pay sahibi olduğunu iddia edir.

İmamoğlunun diplomu ilə bağlı SON QƏRAR

İstanbul Universiteti “yoxluq” və “açıq xəta” səbəbiylə diplomu ləğv edilən Əkrəm İmamoğlunun diplom məlumatını universitetin məlumat bazasından silib.