banner
banner

Sosİal

"COVID" pasportu olmayan 228 nəfər toylara buraxılmayıb

Dekabrın 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 307 toy şənliyinin monitorinqini həyata keçirib. Nazirlikdən Cia.az-a verilən məlumata görə, monitorinq 298 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Bakıda yaşayış binasında yanğın oldu

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin divar üzlüyü 4 m² sahədə və binanın dam örtüyü 5 m² sahədə yanıb.

Bakıda uşaq bağçasında 4 yaşlı oğlan öldü

Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonunda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib. Publika.az-ın əldə etdiyi məlumata görə, Balaəmi Dadaşov k

Vəli Ələsgərov sağ imiş - Rəsmi

Bir müddət öncə həbsdə öldüyü haqda xəbər yayılan Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun sağ olduğu haqda rəsmi açıqlama verilib.

Hamamların fəaliyyətinə icazə verildi - Rəsmi

Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib. Cia.az xəbər verir ki, yeni qərarla 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.

Fevralın 1-dən dövlət qurumlarında hamı peyvənd olunmalıdır

2022-ci il fevralın 1-dən etibarən peyvəndlənməyə dair yeni tələblər qoyulacaq. Cia.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb olunacaq.