banner
banner

Sosİal

Heydər Əliyevin Hadrut və Şuşadan - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 60 illik yubileyini birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ilə birgə Hadrut və Şuşada qeyd edib. Cia.az xəbər verir ki, Prezident və birinci xanımın işğaldan azad olunmuş ərazilərə səfərlərində ilk dəfə onları oğulları Heydər Əliyev də müşayiət edib.

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

BVF: Prudensial yumşaltmanın ləğvi üçün məqsədyönlü plan lazımdır

Azərbaycana COVID-19 pandemiyasına cavab olaraq, tətbiq edilən müstəsna prudensial yumşaltmaları ləğv etmək üçün məqsədyönlü və vaxta bağlı plan lazımdır. "APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrinin yekun sənədində deyilir.

Azərbaycanda virtual SIM kartlar tətbiq ediləcək

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkəti virtual SIM kartlar tətbiq etməyə hazırlaşır. Bunu "APA-Economics"ə "Azercell"in korporativ əlaqələr şöbəsinin rəhbəri Nigar Şıxlinskaya deyib.

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasedici dəstəsi ilə birlikdə “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib.

Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri Moskvada görüşdü

Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra Moskvada ilk görüşü keçirilib. Cia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Görüş zamanı iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub.

Elnur Allahverdiyev: “Fransa bizə qarşı açıq düşmənçilik edir”

“Fransa bizə qarşı açıq düşmənçilik edir. Bunu gizlətmədən deməliyik. Hər hansı diplomatik, dolayı ifadələrə ehtiyac yoxdur. Müstəqilliyimiz dövründə gördüyümüz Fransa prezidentlərindən hansı Qarabağ problemində tərəfsiz olub? Jak Şirakmı, ermənilərə “kiçik bacı” deyən Sarkozimi, yoxsa 44 günlük müharibədə dəridən-qabıqdan çıxan Makron?”

Şuşa ilə dünyaya verilən mesaj

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın siyasi arenasında böyük nüfuza sahib, dövlətinin maraqlarını böyük əzm və qətiyyətlə müdafiə edən, eyni zamanda qlobal problemlərin həlli istiqamətində mühüm təşəbbüslərlə çıxış edən lider kimi tanınır.

“Şuşa əməliyyatı artıq bir dastana çevrilib”

“Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib”. Cia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışındakı çıxışında söyləyib.

Zahid Oruc: “Azərbaycanın “Qələbə formulu” geniş tədqiqat və müzakirə mövzusuna çevrilib”

“Sosioloji tədqiqatda Prezidentin cari 2021-ci ilin ikinci yarısı üzrə siyasi, hərbi və diplomatik, sosial və mədəni sahələrdə, informasiya cəbhəsində çoxşaxəli və olduqca zəngin fəaliyyəti vətəndaşlarımızın rəyində əks etdirilib”. Cia.az-ın məlumatına görə, bunu Sosial Xidmətlər Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Səlahiyyətlərinə xitam verilən hakimlərin adı məlum oldu - FOTO

Azərbaycanda bir neçə gün öncə yol verdikləri pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum olub. Cia.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslər Sumqayıt, Xaçmaz və Bakının Nərimanov rayon məhkəməsinin hakimləridir.