Sosİal
Bakı metrosunda DƏHŞƏTLİ ANLAR: Sərnişin relsin üstünə düşdü SON DƏQİQƏ
"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən sərnişin stansiya yoluna düşüb.
“Telegram”da nasazlıq yarandı
“Telegram” messencerində nasazlıqlar müşahidə olunub. Cia.az xəbər verir ki, Rusiya, Belarus və Ukraynadan olan istifadəçilər messencerdə nasazlıqlar olduğunu bildiriblər.
Leyla Əliyevanın iştirakı ilə ağacəkmə və veloyürüş keçirildi - Fotolar
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Abşeron Milli Parkında 2021-ci il “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) yekun ağacəkmə aksiyası və BMT İnkişaf Proqramının EU4Climate layihəsi çərçivəsində veloyürüş keçirilib.
“Bu iki dövlət qurumu bir-birinin elektron sənədini tanımadı”
“Hələ də bir dövlət qurumu digər dövlət qurumunun elektron sənədini tanımır. Bu gün Balakən ASAN-da elə bir situasiya ilə rastlaşdım ki, yumşaq desəm, biabırçılıqdır”.
Nazir Rahib Azərinin oğluna vəzifə verib -FOTO
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi, məşhur televiziya və radio aparıcısı Rahib Azərinin oğlu Kərim Əliyarzadəyə vəzifə verib.
Bakıda 550 küçə dezinfeksiya edildi - Fotolar
Ümumşəhər sanitar günündə Bakıda 550 küçə dezinfeksiya edildi.
Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri
Vergi Məcəlləsinə edilən dəyişikliklərdə eyni zamanda şəhid ailələri üzvləri və qazilər üçün də yeni vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Milli Məclisdə qəbul olunan dəyişikliklərə əsasən, şəhid olmuş şəxslərin ailə üzvlərinin və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 min manatadək olan hissəsi vergidən azad olunur.
Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektivinə ağır itki üz verib.
Azərbaycan Türkiyədən ən çox silah alan ikinci ölkədir - Xərclənilən məbləğ açıqlandı
Türkiyənin müdafiə və aerokosmik sənayesi cari ilin 11 ayında 2 milyard 793 milyon 974 min ABŞ dolları məbləğində gəlirlə yeni ixrac rekorduna imza atıb. Cia.az xəbər verir ki, bu barədə Türkiyə İxracat Məclisi (TİM) məlumat yayıb.
Sosial reabilitasiya layihəsinə 6 200 uşaq cəlb edilib -FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinə 6 200 uşaq cəlb edilib.
Oğuzda minik avtomobili yanıb -FOTO
Oğuzda minik avtomobili yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN ) məlumat yayıb.
Sabahkı hava narahatlıq hissi yarada bilər
Azərbaycanda dekabrın 5-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.
Bazar günü hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Zəngilana qayıtmağa hazırlaşan sakinlərə vacib xəbər var
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtdıqdan sonra “Ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq.
“Günəşli” faciəsindən altı il ötür
Bu gün “Günəşli” yatağında baş verən faciədən altı il ötür. Cia.az xəbər verir ki, yanğın 2015-ci ilin 4 dekabrında baş verib. Faciə neft yatağının 10 saylı Dərin Dəniz Özülündə baş verib. Nəticədə 63 nəfər zərər çəkib. Onlardan 16-sı həlak olub, 16-sı itkin düşüb.


