banner
banner

Sosİal

“Əlil sahibkarlara dəstək” layihəsinə start verildi - FOTO

Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası və sosial sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədilə yeni layihəyə - “Əlil sahibkarlara dəstək” layihəsinə start verilib. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Sabah ilin sonuncu Günəş tutulması olacaq

Sabah ilin sonuncu Günəş tutulması baş verəcək. Cia.az xəbər verir ki, tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək.

DİN yanında İctimai Şura Tofiq Yaqublu ilə bağlı müraciət yaydı

Daxili İşlər Nazirliyi yanında İctimai Şura dekabrın 1-də Bakıda Fəvvarələr meydanı ərazisində keçirilən aksiyada baş verənlər və saxlanılan şəxslərə bağlı nazirliyə müraciət edib. Bu barədə “Qafqazinfo”ya Şuranın sədri Əliməmməd Nuriyev məlumat verib. Müraciətdə deyilir:

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında dekabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Elçin Quliyev helikopter qəzasında yaralanan hərbçilərə baş çəkdi

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğluna və kapitan Ədilov Ramin Ramiz oğluna baş çəkib.

Dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar dəyişir

Dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar dəyişir. Cia.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Parlamentdə bir dəqiqəlik sükut elan edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında helikopter qəzası zamanı şəhid olan hərbi qulluqçularımızın xatirəsi anılıb. Cia.az-ın məlumatına əsasən, Milli Məclisin sədri Sahibə Qafarova şəhid hərbçilərimizə Allahdan rəhmət, yaralı hərbi qulluqçularımıza isə şəfa diləyib.

XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi (XİN) ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. XİN-dən bildirilib ki, nazirlikdə diplomatik xidmətə qəbul üzrə imtahan 2022-ci il yanvarın 23-də baş tutacaq.