banner
banner

Sosİal

Ehtiyac meyarının həddi 200 manat müəyyən olunub

2022-ci ildə ehtiyac meyarının həddi 200 məbləğində müəyyən edilib. Cia.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumlar dəyişir

Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri dəyişir. Cia.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılacaq.

Elektron siqaretə aksiz dərəcəsi tətbiq olunacaq

Tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli mallara aid edilir. Cia.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

60 yaşlı qadın xadimə işlədiyi binada özünü öldürdü

Abşeronda intihar hadisəsi baş verib. Cia.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Sevinc Sabir qızı Cavadova işlədiyi Qalubiyyə küçəsində yerləşən “Grant” MTK-ya məxsus 21 mərtəbəli binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.

Bakıda NATO-nun təlim kursu keçirildi

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "Hərbi ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.

Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur

"Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur. Həmin kvartalda Qarabağ Universitetinin təməli qoyulacaq". Cia.az-ın məlumatına görə, bunu UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.

ATV-nin üç əməkdaşı işdən ayrıldı - AÇIQLAMA

Sosial şəbəkələrdə Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşları - Kamran Yaradanquliyev, Təranə Turan və prodüser Şahin Əlizadənin işdən ayrılmaları ilə bağlı məlumat yayılıb. Cia.az xəbər verir ki, yayılan iddialara görə telekanalda yaranan müəyyən anlaşılmazlıqlar onların işdən ayrılmasına səbəb olub.

2022-ci il üçün yaşayış minimumu müəyyənləşdi

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2022-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

“Pensiya ilə yanaşı, müavinətlər də artacaq” - Sahil Babayev

“Prezident İlham Əliyevin tapşırığı ilə sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb. Bu paket çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiyada artım olacaq. Pensiya ilə yanaşı, müavinətlər də artacaq”.

Amnistiya aktı neçə qadına şamil edilib? - AÇIQLAMA

“Zəfər Günü ilə bağlı elan olunmuş Amnistiya aktı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib”. Cia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.