banner
banner

Sosİal

Türkiyə lirəsindən növbəti antirekord

Türkiyə lirəsi ucuzlaşmaqda davam edir. ABŞ dolları qarşısında 7,49 faiz dəyər itirən Türkiyənin milli pul vahidi üzrə məzənnə hazırda 1 ABŞ dolları - 12,2377 lirə nisbətindədir.

Bakıda 87 yaşlı kişi 78 yaşlı qadınla evləndi

1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaş ailə qurub. 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.

4000-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 4000-dən artıq məhkum elektron qolbaq daşıyır. Cia.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə “Azərtac”da dərc olunan məqaləsində bildirib.

Bu evlər satılarkən vergiyə cəlb edilməyəcək

Fiziki şəxsin yalnız 1 yaşayış sahəsi olduqda və həmin yaşayış sahəsi üzrə qeydiyyatı təsdiq edən sənədi olmamasına baxmayaraq, həmin yaşayış sahəsində azı 3 təqvim ili ərzində yaşamasını təsdiq edən sənədlər (kommunal təşkilatların arayışları) olduğu halda, onun sadələşdirilmiş vergiyə cəlb edilməməsi nəzərdə tutulur. Cia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Bakı metrosunun bu stansiyalarında iş vaxtı uzadılacaq

Noyabr ayının 25-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Qarabağ” klubunun rəhbərliyi “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.