Sosİal
Şamaxıda zəlzələnin fəsadları ilə bağlı YENİ AÇIQLAMA
Noyabrın 20-də Şamaxı ərazisində baş vermiş zəlzələdən sonra fəsadlarla bağlı 15 müraciət daxil olub.
Sabah hava yağmursuz olacaq
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Azərbaycanda güclü zəlzələ ehtimalı var? - AÇIQLAMA
Noyabrın 20-də Şamaxıda baş verən iki zəlzələdən sonra həmin gecə yenə təkanlar hiss edilib.
Qarabağın su ehtiyatları açıqlanıb
GİS texnologiyalarından - peyk, radar məlumatlarından istifadə etməklə CWBM və SWBM balans metodları işlənilib. Bu metodlar əsasında Qarabağın su ehtiyatları qiymətləndirilib.
Nazirlik: İki minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur
Azərbaycanda indiyədək sənaye zonalarında 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 55-i fəaliyyətə başlayıb.
Bakı və Qusarın bəzi ərazilərində qaz kəsilib
Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinə məxsus “Yeni Binə” qazpaylayıcı şəbəkəsində aparılacaq təmirlə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatana qədər Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun - Binə və Qala qəsəbələrinin təbii qazla təchizatı dayandırılıb.
Azərbaycanda bu avtomobillər ucuzlaşacaq - AÇIQLAMA
Gələn ildən “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir.
Binə və Qala qəsəbələrinin qaz təchizatı müvəqqəti dayandırılıb
Bəzi ərazilərdə qazın verilişi müvəqqəti olaraq dayandırılacaq
Ədliyyə naziri: “2200 məhkum cəzadan tamamilə azad edilib”
Ədliyyə Nazirliyi üzrə amnistiya aktının mütəşəkkil və dürüst icrasının təmini məqsədilə dərhal müvafiq əmr imzalanıb, onun icrasına gündəlik nəzarət təşkil olunub, bu barədə müraciətlərin çevik araşdırılması üçün monitorinq qrupu Cia.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-da yayımlanan məqaləsində qeyd edilib.
Dövlət sektorunda maaşlar artacaq, bəs özəl müəssisələr? – ARAŞDIRMA
İqtisadçı ekspert hesab edir ki, dövlət sektorundakı artımın özəl sektora təsiri hər bir müəssisədən, hər bir sektordan asılı məsələdir. Artımların orta və uzunmüddətli dövrdə özəl sektorda da əks olunması təbii iqtisadi prosesdir, gözlənilir
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı monitorinq keçirildi
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.
Polis maska taxmayan sürücü və sərnişinləri cərimələdi
Yollarda baş verə biləcək qəza hadisələrinin qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə Masallıda dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub.
Əsgər Ağayev aclıq aksiyasına başlayıb
17 yaşlı ictimai fəal Sənay Yağmuru (Qəhrəmanlı) zorlamaqda ittiham olunaraq həbs edilən xalası oğlu Əsgər Ağayev aclıq aksiyasına başlayıb. Bu barədə Cia.az-a onun vəkili Mehman Cəbrayılov açıqlama verib.


