Sosİal
Evi tərk edən 6 koronavirus xəstəsi saxlanıldı
27-28 noyabr tarixlərində polis əməkdaşları tərəfindən respublika ərazisində altı nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Dumanlı hava nə vaxtadək davam edəcək?
“Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Nisbətən soyuq səth üzərində isti və rütubətli havanın hərəkəti nəticəsində dumanlı hava şəraiti müşahidə olunur”.
Bakıda mağazada saxta spirtli içkilər müəyyən olunub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küç., ev 34, m.54 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Zahir Cəfər oğluna məxsus topdan və pərakəndə satış müəssisəsində plandankənar yoxlama keçirib.
Naxçıvanda məşhur MTN naziri həbsxanada vəfat etdi
Naxçıvanın həbsdə olan sabiq milli təhlükəsizlik naziri dünyasını dəyişib.
Gələn il azad olunmuş ərazilərə nə qədər vəsait ayrılacaq? - Prezident açıqladı
“Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var”.
Türkiyədə müalicəsi bitən qazimiz vətənə döndü
Bu gün Vətən müharibəsi qazisi, Füzuli rayon Aşağı Yağlavənd kənd sakini Rüstəmli İlkin Elçin oğlu “Yaşat Fondu” tərəfindən Türkiyədə müalicəsini bitirərək geri dönüb. Qazinin qarşılanma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak edib.
Bazar gününə olan hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında noyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Telegram”da yeni funksiya işə salınacaq
Yaxın zamanlarda “Telegram” messencerində yeni funksiya işə salınacaq. Onun sayəsində şəkillərdəki mətnin mobil cihaz tərəfindən oxunması mümkün olacaq.
Heydər Əliyev prospekti ilə hərəkət edən bəzi avtobusların hərəkət sxemi dəyişdirilir
27 noyabr saat 08:00-dan 28 noyabr saat 18:00-a kimi Heydər Əliyev prospektində ("Bağırov" körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
DİN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
Hava şəraitinin kəskin dəyişməsi, xüsusən də səhər və axşam saatlarındakı qatı duman qəzalara səbəb ola bilər. Bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Cia.az-a açıqlamasında bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə gücləndilirilmiş rejimdə xidmət aparır:
Dekabrın 15-dən Bakıda istilik kəsilə bilər - XƏBƏRDARLIQ
"Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı məsələyə aydınlıq gətirilib.
Gələn ildən abonentlər qaz pulunu sosial şəbəkələr üzərindən yükləyə biləcək
Gələn ildən “Azəriqaz” İstehsal Birliyinin təsdiq etdiyi smart-kart tipli sayğacları onlayn sayğaclar olacaq.


