banner
banner

Dünya

İrəvanda tibb işçiləri kütləvi tətil elan etdi

İrəvanda təcili tibbi yardım əməkdaşları etiraz aksiyası keçirir. Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tibb işçiləri əməkhaqqlarının az olmasından şikayət edərək tətil elan ediblər.

Saakaşvili bir aya 20 kq arıqlayıb

Oktyabrın 1-dən etibarən aclıq aksiyası keçirən Mixail Saakaşvili onun üçün yaradılmış xüsusi həkim qrupu ilə görüşdən imtina edib. Cia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gürcü siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze deyib.

VMH üzvü deputat mandatını tərk edir

Vahid Milli Hərəkat Partiyasının üzvü Ana Tsitlidze deputat mandatını tərk edir. Cia.az xəbər verir ki, siyasətçi qərarı barədə sosial şəbəkədə yazıb.

"Qafqaz buzlaqlarının 40 faizini itirib" - Qaribaşvili

Gözəl dağları, buzlaqları və çayları ilə tanınan Qafqaz artıq buzlaqlarının 40 faizini itirib. Təkcə son iki onillikdə Şərqi Gürcüstanda itkilərin sayı 20-ci əsrin sonunda edilən təxminləri üstələyib.

Bayden Trampa görə üzr istədi

ABŞ Prezidenti Co Bayden BMT-nin İqlim Dəyişikliyi üzrə 26-cı konfransı zamanı Donald Tramp administrasiyasının yerinə üzr istəyib.

Yaponiya Şahzadəsinin əri imtahandan kəsildi

Keçmiş Yaponiya Şahzadəsi Mako ilə yenicə ailə həyatı qurmuş Key Komuro Nyu-Yorkda vəkillik imtahanından keçə bilməyib. Cia.az “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, Key Komuronun adı imtahandan uğurla keçmiş şəxslərin siyahısında olmayıb. Məlumata əsasən, Komuro imtahanı yenidən verməli olacaq.

Nikolay Zamikula: “Ermənistanı de-fakto Rusiya Federasiyasının Federal Dairəsi adlandırmaq olar”

“Vəziyyəti rasional qiymətləndirsək, Ermənistanın Azərbaycanla hərtərəfli siyasi saziş bağlaması faydalı olardı. Bunsuz Ermənistan dövlətinin real müstəqillik şansı yoxdur”. Bunu Cia.az-ın suallarını cavablandıran Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun eksperti Nikolay Zamikula Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gözlənilən, artıq üçüncü üçtərəfli bəyanatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ermənistan onsuz da uzun illər blokadadadır, belə ki, ölkəni 20 il korrupsioner “Qarabağ klanı” idarə edib.

Ermənistanda daha 51 nəfər COVID-19-dan ölüb

Ermənistanda ötən sutka ərzində daha 1 071 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 51 nəfər ölüb. Cia.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, COVID-19-a yoluxanların sayı 309 397 nəfərə çatıb.

“Seçkilər nə azad, nə də ədalətli oldu” - Qaxariya

“Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər nə azad, nə də ədalətli keçirildi”. Cia.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş Baş naziri, “Gürcüstan üçün” partiyasının lideri Georgi Qaxariya öz tviter hesabında yazıb. Qaxariya oktyabrın 30-u keçirilən seçkilərin ikinci turunu kəskin şəkildə tənqid edib.