banner
banner

Dünya

Fransada qatar miqrantları vurdu, ölən və yaralananlar var

Fransada regionlararası marşrut üzrə hərəkət edən qatar bir qrup miqrantı vurub. Cia.az xəbər verir ki, bu barədə O-de-Fransa regionunun nəqliyyat vasitələri ilə bağlı məsələlər üzrə sədr müavini Frank Dersen öz tviter hesabında məlumat verib. İnsident Fransanın şimalında Pa-de-Kale departamentində baş verib.

Şavkat Mirziyoyevin inauqurasiyası bu tarixdə keçiriləcək

İkinci dəfə Özbəkistanın Prezidenti seçilən Şavkat Mirziyoyev sabah vəzifə başına keçəcək. Cia.az Özbəkistan parlamentinin Yuxarı palatasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, Mirziyoyevin inauqurasiya mərasimi noyabrın 6-sı keçiriləcək.

Almaniyada koronavirusa yoluxmada yeni antirekord

Almaniyada pandemiya dövründə koronavirusa yoluxmada ən yüksək göstərici qeydə alınıb. Cia.az TASS-a istinadən xəbər verir ki, son sutkada ölkədə 37 120 nəfər yeni növ koronavirusa yoluxub, 154 nəfər isə vəfat edib.

ABŞ-da konqresmen maskaya görə böyük məbləğdə cərimə edildi

ABŞ-da məşhur konqresmen Marcori Teylor Qrin ( Corciya ştatında respublikaçı ) Nümayəndələr palatasında tibbi maska taxmaqdan imtina etdiyinə görə 48 min dollar cərimələnib. Qrin azı 20 dəfə cərimələnib, konqresmenə ilk xəbərdarlıq may ayında edilib.

İki ərəb dövləti arasında müharibə BAŞLAYA BİLƏR

Əlcəzairlə Mərakeş arasında hərbi gərginlik yaşanır. Cia.az xəbər xəbər verir ki, ötən gün 3 Əlcəzair vətəndaşının ölümü, bir neçə yük maşının məhv edilməsi ilə nəticələnən raket zərbəsi münasibətləri gərginləşdirib.

Baş nazir Hun Sen Azərbaycanı təbrik etdi

Kamboca Xalq Partiyasının sədri, Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Roma Papası Qlobal Bakı Forumuna müraciət edib

Roma Papası Fransisk VIII Qlobal Bakı Forumuna müraciət edib. Cia.az-ın məlumatına görə, müraciəti forumun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin oxuyub.