Dünya
ABŞ və Koreya birgə hərbi təlimlərə başladı
Koreya Respublikası və ABŞ-ın Hərbi Hava Qüvvələri birgə təlimlərə başlayıb. Cia.az “TASS”a istinadən xəbər verir ki, təlimlər 5 gün davam edəcək.
Tanınmış aktrisa vəfat etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, ssenarist Semra Dinçer bu gün günorta saatlarında vəfat edib.
Türkiyə ordusunun ötən ay Suriyada zərərsizləşdirdiyi terrorçuların sayı açıqlanıb
"Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi antiterror əməliyyatı nəticəsində bu ilin oktyabr ayında İŞİD-çilər də daxil olmaqla 169 terrorçu zərərsizləşdirilib".
Kılıçdaroğlu prezidentliyə namizəd olacaq
Türkiyə mətbuatında yer alan xəbərə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu növbəti seçkilərdə “Millət İttifaqı”nın prezidentliyə namizədi olacaq. Cia.az xəbər verir ki, xəbəri CHP və İYİ Partiyanın qurduğu “Millət İttifaqı”nın prezidentliyə namizədi ilə bağlı yenidən yayıma başlayan Flash TV-nin baş redaktoru Hakan Aygün canlı yayımda iddia edib. "Kılıçdaroğlu namizəd olacaq",- o deyib.
Ərdoğan: “Türk Şurasına müşahidəçi statusu ilə üzv olmaq istəyən ölkələrin sayı artır”
“Ölkələrimiz bir tərəfdən çoxmillətli platformalarda vətəndaşlarının haqq və maraqlarını qoruyur, digər tərəfdən də türk dünyasını bir araya gətirən yeganə təşkilat olan Türk Şurasında həmrəyliyini gücləndirir. Xüsusən son illərdə şahidi olduğumuz hadisələr, ticarətdən nəqliyyata, müdafiədən səhiyyəyə qədər hər sahədə yeni əməkdaşlıq yollarını təkmilləşdirməyin bizim üçün ehtiyacdan daha çox bir məcburiyyət olduğunu göstərib”. Cia.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorlarının Bakıda keçirilən ilk iclasının iştirakçılarına videomüraciətində deyib.
Böyük Britaniya səyahət qaydalarına dəyişiklik edib
Azərbaycan Texniki Universitetində (AzTU) ötən həftə 4 tələbənin (Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi - 1 tələbə) COVID-19 testi pozitiv çıxıb.
Gürcüstandan daha bir ölkəyə birbaşa müntəzəm uçuşlar bərpa edildi
Gürcüstan və İspaniya Krallığı arasında birbaşa müntəzəm uçuşlar bərpa edilib. Cia.az xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayır.
İsrail sərhədlərini turistlər üçün açdı
İsrail bu gündən sərhədlərini xarici turistlər üçün açıb. Cia.az İsrailin “Kan” dövlət radiosuna istinadən xəbər verir ki, noyabrın 1-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi vaksinlərlə son 6 aydan çox olmayaraq peyvənd olunan xarici turistlər İsrailə səfər edə biləcək. Ölkənin Səhiyyə Nazirliyinin oktyabrın sonunda yaydığı məlumata görə, noyabrın 1-dən etibarən “Pfizer”, “Moderna”, “AstraZeneca”, “Sinovac”, “Sinopharm”, “Johnson & Johnson” və “Covishield” vaksinləri ilə tam peyvənd olunanlar İsrailə buraxılacaq.
“Tiramisunun atası” dünyasını dəyişdi
İtaliyanın Trevizo şəhərində məşhur restorançı, “tiramisunun atası” hesab edilən Ado Kampeol 94 yaşında dünyasını dəyişib.
Romada Ərdoğan-Bayden görüşü: Pərdəarxası məqamlar, Zəngəzur dəhlizi – TƏHLİL
İtaliyanın paytaxtı Romada keçirilən G20 sammiti dünya siyasətinin konturlarının cızılmasında çəki qazanmış ölkələrin liderlərinin müzakirələr aparması üçün münbit platforma oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Cozef Bayden də bir araya gələrək iki ölkə arasındakı gərginliyin azaldılması üçün səylərini ortaya qoydular. Diqqət çəkən məqamlar:
Ağ Evin mətbuat katibi koronavirusa yoluxdu
Ağ Evin mətbuat katibi Cen Psaki koronavirusa yoluxub. Cia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Psaki ailələrində bir nəfərin koronavirusa yoluxması səbəbindən hər gün test verib.
Yer kürəsində maqnit qasırğası başladı
Bazar günü günortadan sonra Yer kürəsində maqnit qasırğası aktivləşib.
İlon Mask “Tesla”nın səhmlərini satmağa hazırdır - Şərtini açıqladı
“Tesla” və “SpaceX”in qurucusu, bu həftə Forbes milyarderləri reytinqində birinci yerdə olan İlon Mask bəşəriyyəti aclıqdan xilas etmək üçün pulunun bir hissəsini xərcləməyə hazır olduğunu bildirib. Cia.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli Maskı fəlakətlərin qarşısını almaq üçün aclıqla mübarizəyə vəsait ayırmağa çağırmasından sonra milyarderin cavabı gecikməyib.
BMT-nin İqlim Dəyişikliyi Konfransı öz işinə başlayır
Bu gün Böyük Britaniyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP26) öz işinə başlayır. Cia.az-ın xəbərinə görə, noyabrın 12-dək davam edəcək tədbirin gündəliyi kifayət qədər zəngindir. Lakin əsas məsələ qlobal istiləşmə ilə mübarizə və karbon emissiyalarının azaldılmasıdır. 2009-cu ildə inkişaf etmiş ölkələr karbon emissiyalarının azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün kasıb dövlətlərə 100 milyard dollar yardım etməyi öhdələrinə götürmüşdü. Lakin indiyədək cəmi 79 milyard dollar yardım olunub.


