banner
banner

Dünya

“Taliban” dörd nəfəri edam etdi

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı insan oğurluğunda ittiham olunan Herat əyalətinin dörd sakinini edam edib. Cia.az xəbər verir ki, bu barədə “Aamaj News” agentliyi məlumat yayıb.

Bu ölkədə də COVID pasportsuz kafe-restorana getmək olmayacaq

İranda müvəqqəti yaşayış hüququ olan 400 min xarici vətəndaşa peyvənd vurulub. Hazırda Əfqanıstandan qaçqın düşənlərin peyvəndlənməsi üçün hazırlıq işləri aparılır. Cia.az xəbər verir ki, bu barədə məlumatı İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Kərim Himməti verib.

Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək

Taliban” Əfqanıstanda edam hökmlərini bərpa etmək planlarını açıqlayıb. Bundan başqa cinayətkarların əlləri və ayaqları kəsiləcək. “Əllərin kəsilməsi təhlükəsizliyin təmini üçün vacibdir”, - deyə hərəkatın qurucularından Molla Nuruddin Turabi bəyan edib. O, bu tədbirin çəkindirici təsir göstərdiyini bildirib.

AUKUS hərbi ittifaqı NATO-nun dağılmasına səbəb ola bilərmi?

Ötən həftə Avstraliya, ABŞ və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı imzalanan AUKUS (sadalan ölkələrin adlarının abreviaturası) müqaviləsi dünya gündəminin əsas mövzusuna çevrilib. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Belə ki, müqaviləyə əsasən, Vaşinqtonla London Avstraliya üçün ən azı 8 atom sualtı qayıq istehsal edəcək.

Yəmənin müvəqqəti paytaxtı qaranlığa qərq oldu

Yəmənin müvəqqəti paytaxtı Ədəndəki Elektrik Qurumunun balansındakı yanacağın bitməsi səbəbindən şəhərə elektrik enerjisinin verilişi dayandırılıb. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı elektriklə bağlı problemin aradan qaldırılması üçün Yəmənə 75 min ton dizel yanacağı göndərib. Yükün Əl-Bureyka limanına endirilməsi üçün çalışmalara başlanılıb.

Dünyanın ən böyük içki şirkətinin sabiq rəhbəri ömürlük həbs edildi

Çin məhkəməsi dünyanın ən böyük içki şirkəti olan “Kweichow Moutai Group”un keçmiş rəhbəri Yuan Renquonu rüşvət əməllərində təqsirli bilinərək azadlıqdan ömürlük məhrum edilib.Cia.az xarici KİV-ə xəbər verir ki, Quyyan şəhər məhkəməsində Yuan Renquonun təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə prosesinin gedişində onun 1994-2018-ci illərdə şirkətdə müxtəlif vəzifələrdə çalışarkən 112,9 milyon yuan (təxminən 17,46 milyon ABŞ dolları) məbləğində nağd pul və əmlakı rüşvət kimi alması sübuta yetirilib.

Rusiyadan ekstradisiya edilən şəxsə hökm oxundu

Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə döyüşməkdə və onun fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Faliq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cia.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Ermənistan sülhün bərqərar olmasına imkan verəcək konstruktiv dialoqa hazırdır”.

Ermənistan regionda dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasına imkan verəcək konstruktiv dialoqa hazırdır”. Ci.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxışı zamanı deyib. O regional kommunikasiya yollarının açılmasını vacib hesab edib:

“Baqirinin adından yayılan xəbərlərin heç bir əsası yoxdur”

“Sosial şəbəkələrdə və teleqram kanallarda İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Baqirinin adından yayılan və digər bu kimi xəbərlərin heç bir əsası yoxdur”. Cia.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, xəbərlərin mənbəyini araşdırdıqda məlum olur ki, bunlar Ermənistana məxsus resurslar tərəfindən yayımlanır:

Kataloniyanın sabiq başçısı İtaliyada həbs edilib

İspaniyanın Kataloniya muxtar vilayətinin sabiq rəhbəri Karles Puçdemon İtaliyada həbs olunub. Avropa Parlamentinin sabiq üzvü Sardiniyanın Alqero şəhərinin hava limanında saxlanılıb. 2019-cu ildə K.Puçdemona Avropada həbs qərarı verilib. Yaxın bir neçə gün ərzində İtaliya hökuməti K.Puçdem

44 günlük müharibə məğlubiyyətinin günahkarları

Ermənistanın hüquq-mühafizə orqanları, xüsusilə də İstintaq Komitəsi son günlər ölkənin Müdafiə Nazirliyinin əməkdaşlarını və nazirliyin istefaya göndərilmiş yüksək vəzifəli şəxslərini sorğuya çağırır. Cia.az xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.