banner
banner

Dünya

Almaniyada parlament seçkilərində qalib məlum oldu

“Almaniya Sosial-Demokrat Partiyası” (SPD) 25,7 % səs toplayaraq Bundestaqa seçkilərdə qalib gəlib. Bu barədə Almaniya Federal Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrdə bildirilir. Hazırkı kansler Angela Merkelin CDU/CSU bloku 24,1 % səs toplayıb, KİV məlumatlarına görə bu, tarixdəki ən aşağı dəstək səviyyəsidir.

Gürcüstan İrəvanla Bakı arasında platforma yaratmağı təklif edir

“Gürcüstan hakimiyyəti Tiflisdə Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmiləri arasında daimi təmaslar üçün bir platforma yaratmağı təklif edir”. Cia.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün keçirilən birifinq zamanı deyib.

İŞİD İraqda hücum təşkil etdi, ölənlər var

İraqın Diyalə əyalətində İŞİD terror qruplaşmasının hücumu nəticəsində azı 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Cia.az xəbər verir ki, bu barədə “Shafaq” portalı məlumat yayıb. Hadisə Baakubə şəhərinin Əl-Əbbar yaşayış məntəqəsində baş verib. Məlumata görə, əvvəlcə radikallar yol kənarına qoyulan partlayıcı qurğunun üzərindən keçərkən bir yük maşınını partladıblar.

Kanalda batan gəncin meyiti tapıldı

24 sentyabrda Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb.

Pakistanda partlayış nəticəsində 4 zabit həlak olub, 2 nəfər yaralanıb

Pakistanın Bəlucistan əyalətində içərisində mina olan avtomobilin partlaması nəticəsində 4 Pakistan təhlükəsizlik zabiti ölüb, 2 nəfər yaralanıb.Cia.az bildirir ki, bu barədə "Dawn" qəzeti yazıb. Qəzetin yazdığına görə, Sərhəd Korpusunun zabitləri şənbə günü partlayışın baş verdiyi Harnai rayonunda patrul xidməti həyata keçiriblər.

Messinin 20 min avro ödədiyi kirayə ev

PSJ-nin futbolçusu Lionel Messi yeni evinə köçüb. Cia.az-a xarici KİV-ə istinadən xəbər verir ki, mənzil Parisin ən yaxşı bölgələrindən birində yerləşir.

ABŞ-da sərnişin qatarı relsdən çıxıb, ölənlər var

ABŞ-ın Montana ştatında sərnişin qatarı relsdən çıxıb.Cia.az xəbər verir ki, bu barədə “KXLH” telekanalı ABŞ-ın “Amtrak” dəmir yolu sərnişindaşıma şirkətinə istinadən xəbər yayıb. Hadisə yerli vaxtla saat 16 radələrində Joplin ərazisi yaxınlığında baş verib.

Putin Lukaşenko ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda Belarus həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək. Cia.az xəbər verir ki, bu barədə Vladimir Putin bildirib.

Sabahkı Almaniya seçkiləri haqqında nə bilirik? - TƏHLİL

Sabah, 26 sentyabrda almanlar seçkilərə gedir və beləliklə biz 16 illik Merkel erasının sonuna şahidlik edəcəyik. Təbii ki, seçkilərdən dərhal sonra Merkelin idarəetməsi dərhal başa çatmayacaq, yeni hökumət qurulana qədər o, hökumətə rəhbərlik edəcək. Bu proses bir neçə gün və ya ay davam edə bilər. Xatırladaq ki, 2017-ci il seçkilərdən sonra yeni hökumətin formalaşması üçün danışıqlar təxminən beş ay davam etmişdi. Bu ilki seçkilərlə bağlı sorğulara əsasən deyə bilərik ki hər hansı partiyanın mütləq qələbə qazanaraq təkbaşına yeni kabineti formalaşdırma ehtimalı görünmür.