Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə və teleqram kanallarında Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin qəfil pisləşməsi və hətta dünyasını dəyişməsi barədə məlumatlar yayılıb. Dünən isə Kadırov öz teleqram kanalında video paylaşaraq sözügedən məlumatlarla təkzib edib. Videonun Qroznı şəhərində çəkildiyi iddia olunur.
Cia.az xəbər verir ki, Rusiyanın “Вёрстка” nəşri isə Kadırovun hazırda Moskvada olduğunu iddia edib.
Nəşrin məlumatına görə, Kadırova məxsus təyyarə sentyabrın əvvəlindən 3 dəfə Moskvaya uçuş həyata keçirib: “Böyük ehtimalla, Çeçenistan rəhbəri hazırda Moskvadadır. “RA-73417” nömrəli təyyarə sentyabrın 6 və 9-u Moskvada yerə enib. Sonuncu dəfə isə təyyarə Qroznıdan Moskva istiqamətində sentyabrın 15-i uçub və həmin tarixdən bu yana Çeçenistana qayıtmayıb”.
Qeyd olunur ki, son zamanlar mediada Kadırovun səhhətinin pisləşməsi və onun Moskvada Mərkəzi Klinik Xəstəxanada müalicə alması barədə yayılan məlumatlar fonunda təyyarənin hərəkəti maraq doğurub. Rusiyanın bəzi teleqram kanallarında yayılan məlumata görə isə, sentyabrın 17-si səhər saatlarından Mərkəzi Klinik Xəstəxanaya çeçen dövlət nömrə nişanlı avtomobillər gəlir və onlar əraziyə yoxlanılmadan buraxılır. Məlumat rəsmi olaraq təsdiq olunmayıb.
Xatırladaq ki, ilin əvvəlindən mediada 46 yaşlı Ramzan Kadırovun səhhətinin pis olması ilə bağlı məlumatlar yayılır. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi iddia edilsə də, Kadırov bu barədə məlumatları təkzib edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.