banner
banner

İdman

“Barselona”dan yeni transfer

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Fabio Blanko Qomes “Barselona”ya transfer olunub. Cia.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onun Kataloniya klubu ilə müqavilə imzaladığı bildirilib. Müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, Qomes 2021-ci ilin iyulundan “Ayntraxt”da çıxış edir.

Mahir Emreli Xorvatiyanın ən güclü klubunun radarına düşdü

Millimizin və Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli Xorvatiyanın ən güclü klubu olan Zaqreb “Dinamo”sunun transfer hədəfinə düşüb. Cia.az Xorvatiyanın 24sata.hr saytına istinadən xəbər verir ki, əvvəl Xorvatiyanın “Xayduk” klubu ilə adı hallanan Mahiri “Dinamo” heyətinə qatmaq istəyir.

Azərbaycanlı futbolçu Yunanıstan klubunda

“Səbail”in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirəcək. Cia.az xəbər verir ki, bu barədə sportstonoto.gr məlumat yayıb. 22 yaşlı müdafiəçi “Olimpiakos Volos”a keçib.

Maruan Fellaini “Qarabağ”a təklif olunub

“Qarabağ”ın avrokuboklarda mübarizəni davam etdirməsi əksər futbol menecerlərinin də diqqətini cəlb edib. Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubuna çox sayda futbolçu təklif olunub ki, onlar arasında tanınmış simalar da var.

Lukaku üzr istədi

İngiltərənin “Çelsi” klubunda hücumçu Romelu Lukaku cəzalandırılıb. Cia.az xəbər verir ki, belçikalı hücumçu yerli mətbuata müsahibəsi zamanı klubun imicinə zərər gətirdiyi üçün rəhbərlik tərəfindən 500 min avro məbləğində cərimələnib.

Messi koronavirusdan sağalıb

PSJ-nin hücumçusu Lionel Messi sağalıb. Apasport.az saytının məlumatına görə, argentinalı superulduzun koronavirus testi neqativ çıxıb

“Neftçi”nin futbolçusu koronavirusa yoluxdu

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane koronavirusa yoluxub. Cia.az-ın xəbər verir ki, qvineyalı futbolçu hazırda ölkəsinin milli komandasının düşərgəsindədir. Bu barədə Qvineyanın firawasport.com portalı məlumat yayıb. Kane ilə yanaşı, bir neçə komanda yoldaşında da koronavirus aşkarlanıb. Hazırda onların karantinə alındığı bildirilir.

Gimnastika Federasiyası bu aydan milli yarışları bərpa edəcək

Azərbaycan Gimnastika Federasiyası (AGF) ötən il paytaxtımızda uğurlu təşkil edilmiş irimiqyaslı beynəlxalq yarışlardan sonra yenicə qədəm qoyduğumuz 2022-ci ildə gimnastika növləri üzrə milli yarışları keçirməyə hazırlaşır. Cia.az xəbər verir ki, yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq, tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

“Neftçi” Eddi İsrafilovun transferini açıqladı

“Neftçi” klubu yeni transferi Eddi İsrafilovu təqdim edib. Cia.az xəbər verir ki, son ölkə çempionu yarımmüdafiəçinin keçidini rəsmi televiziyası vasitəsi ilə açıqlayıb. 30 yaşlı oyunçu "ağ-qaralar"ın heyətində 14 nömrəli formanı geyinəcək.