İdman
Gənclər və İdman Nazirliyi hesabat verdi
Gənclər və İdman Nazirliyi 2021-ci il üçün idmana dair hesabatı təqdim edib. Cia.az xəbər verir ki, Azərbaycan 44 idmançı ilə təmsil olunduğu Tokio Olimpiadasından 3 gümüş, 4 bürünc olmaqla, 7 medalla qayıdıb. Paralimpiyaçılarımız isə 14 qızıl, 1 gümüş və 4 bürünc medalla ölkələr sıralamasında ilk “onluğ”a daxil olmaqla Paralimpiya tariximizin ən böyük uğurunu qazanıb.
Azərbaycan Cüdo Federasiyasında yeni TƏYİNAT
Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub. Cia.az-ın məlumatına görə, Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və kommunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib.
“Barselona”nın yeni transferində koronavirus aşkarlandı
İspaniyanın “Barselona” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb. Cia.az xəbər verir ki, Kataloniya təmsilçisində yeni transfer Ferran Torres və yarımmüdafiəçi Pedrinin COVID-19 testinin nəticəsi müsbət çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onların səhhətinin yaxşı olduğu və evdə karantinə alındıqları diqqətə çatdırılıb.
Mahir Emrelinin komandasının rəqibləri bəlli oldu
Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubunun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki təlim-məşq toplanışındakı rəqibləri məlum olub Cia.az xəbər verir ki, Varşava təmsilçisi yanvarın 12-də “Bazel” (İsveçrə), 15-də “Lokomotiv” (Plovdiv, Bolqarıstan), 19-da isə “Krasnodar” (Rusiya) ilə qarşılaşacaq.
Ali Koç koronavirusa yoluxdu
Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Ali Koç koronavirusa yoluxub. Cia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti tviter hesabında məlumat yayıb.
Ağdamda tikiləcək stadionun tutumu 30 mindən çox olacaq
“Ağdam şəhərində tamaşaçı tutumu 30 min nəfərdən çox olan yeni stadion tikiləcək. Yeni stadion əvvəlki yerində - Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində inşa ediləcək”.
Şahmatçımız beynəlxalq turnirdə lider oldu
Macarıstanın paytaxtı Budapeşt şəhərində şahmat üzrə beynəlxalq turnirdə Azərbaycan təmsilçisi liderliyə yüksəlib. Cia.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Azər Mirzəyev 7 turdan sonra rəqiblərini xeyli qabaqlayaraq birinci pillədə qərarlaşıb.
Azərbaycan əsilli döyüşçü braziliyalı idmançını duelə dəvət edib -FOTO
Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev braziliyalı Rafael Dus Anjusu Mütləq Döyüş Çempionatında (UFC) duelə dəvət edib. Dus Anjus “Twitter”də ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazıb.
Azərbaycan klublarının yeni transferləri - Siyahı
Azərbaycan Premyer Liqa klubları transfer çalışmalarına başlayıb.
Lionel Messi koronavirusa yoluxub
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi koronavirusa yoluxub. Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Kovaç "Monako"dan qovuldu
Fransa Liqa-1 təmsilçisi “Monako" xorvatiyalı baş məşqçi Niko Kovaçla yollarını ayırıb. Cia.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Avropa Super Liqası layihəsi 2022-ci ildə geri qayıda bilər
Futbol üzrə Avropa Super Liqası layihəsi 2022-ci ildə geri qayıda bilər.
“Bavariya”da kütləvi yoluxma
“Bavariya”nın dörd futbolçusu koronavirusa yoluxub. Cia.az xəbər verir ki, bu barədə klubun saytındaməlumat yayılıb.
“Liverpul”un baş məşqçisi koronavirusa yoluxdu
"Liverpul"un baş məşqçisi Yurgen Klopp koronavirusa yoluxub. Cia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman mütəxəssis İngiltərə çempionatının 20-ci turu çərçivəsində keçiriləcək "Liverpul" - "Çelsi" oyununu buraxmalı olacaq. Onu köməkçisi Pepeyn Leynders əvəz edəcək.
Tanınmış məşqçi Yeni il gecəsi vəfat etdi
Voleybol üzrə Rusiya millisinin sabiq üzvü, məşqçi Vadim Xamutskix vəfat edib. Cia.az xəbər verir ki, o, ötən gecə 52 yaşında ürək tutmasından dünyasını dəyişib.
Belarus və Litva çempionu Azərbaycanda çalışacaq
Aleksey Baqa “Sumqayıt” Futbol Klubunun baş məşqçisi təyin olunub. Cia.az xəbər verir ki, 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.


