banner
banner

İdman

Şahmatçımız erməni ilə qarşılaşacaq

Bu gün Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start veriləcək. Cia.az xəbər verir ki, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edəcək.

Millimiz gerilədi

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Cia.az xəbər verir ki, bu barədə "futsalworldranking.com" məlumat yayıb.

Qvardiola ilin ən yaxşı məşqçisi elan olundu

Britaniyanın “FourFourTwo” nəşri 2021-ci ilin ən yaxşı məşqçilərinin adını açıqlayıb. Cia.az xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubunu çalışdıran Xosep Qvardiola geridə qoymaqda olduğumuz ilin ən yaxşı məşqçisi elan olunub.

2021-ci ildə ən çox qol vuran qapıçı odur

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən çox qol vuran qapıçısının adını açıqlayıb. Cia.az xəbər verir ki, bu barədə İFFHS-in rəsmi saytı məlumat yayıb. İlin ən çox qol vuran qapıçısı “Quarani”nin (Paraqvay) qolkiperi Qaspar Servio olub. 29 yaşlı oyunçu yerli çempionatda 7 dəfə penaltidən fərqlənib.

Ronaldunun transfer dəyəri xeyli azalıb

“Transfermarkt” İngiltərə Premyer Liqası oyunçularının bazar dəyərini yeniləyib. Dəyişiklik transfer qiyməti 45 milyon avrodan 35 milyon avroya düşən “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronalduya da təsir edib.

23 yaşlı xorvat futbolçu məşqdə həyatını itirdi

Xorvatiyanın “Nehaj” futbol klubunun gənc futbolçusu Marin Kaçiç dünyasını dəyişib. Futbolçu məşqdə özünü pis hiss edib və bir neçə saniyə sonra özündən gedib. Onu huşsuz vəziyyətdə xəstəxanaya aparıblar və komaya salıblar. Üç gün komada qalan futbolçu ötən gecə həyatını itirib.

“Prezident Kuboku”nun final görüşü keçirildi - FOTO

Çövkən oyunu üzrə “Prezident Kuboku”nun final görüşü keçirilib. Cia.az xəbər verir ki, bu gün Kənd Təsərrüfatı Nazirliyi və Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku”nun final görüşü keçirilib.

Voleybol Federasiyasında yeni baş katib

Azərbaycan Voleybol Federasiyasına yeni baş katib təyin edilib. Cia.az xəbər verir ki, federasiya prezidenti Cavid Qurbanovun və AVF İdarə Heyətinin qərarı ilə bu gün Fərid Xəlilov qurumun baş katibi təyin edilib.

Natalya Məmmədovaya fəxri ad verilib

Qadınlardan ibarət Azərbaycan millisinin uğurlarında pay sahibi olan 8 voleybolçuya fəxri ad verilib. Apasport.az saytının məlumatına görə, uzun illər yığma və klub səviyyəsində çıxış edən oyunçular əməkdar idman ustası adı ilə təltif olunub.