Əncir çox faydalı müalicəvi məhsuldur. Əncir vitaminlər, minerallar, aminturşuları, antioksidantlar, qidalı liflər və s. faydalı maddələrlə olduqca zəngindir.
Əncirin ən mühüm faydaları bunlardır:
1. Əncir kaliumla zəngindir. Bu mineral ürəyin sağlamlığı və normal fəaliyyəti üçün çox vacibdir. Kalium təzyiqi normada saxlamağa kömək edir.
2. Əncir qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.
3. Əncirin tərkibində "benzaldegid" adlı maddə var. Elmi araşdırmalar sübut edib ki, bu maddə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.
4. Əncir dəmirlə zəngindir və bu səbəbdən qanazlığı zamanı və qanazlığının profilaktikası üçün çox faydalıdır.
5. Əncirin tərkibində "fisin" adlı maddə aşkar olunub. Bu maddə damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
6. Əncir zəif, xəstəlik, əməliyyat keçirmiş insanlar üçün çox faydalıdır - orqanizmi möhkəmləndirir və bərpanı sürətləndirir.
7. Əncir sinir sisteminə müsbət təsir edir - beyinin fəaliyyətini yaxşılaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır, yorğunluğu azaldır.
8. "Qara" daha doğrusu bənövşəyi əncir sarı əncirdən daha faydalıdır. Onun tərkibində 2 çox faydalı maddə var - "antosian" və "resveratrol". Antosian iltihab və xərçəngəleyhinə təsirə malikdir, ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin riskini azalıdır. Resveratrol isə orqanizmdə qocalma prosesləri ləngidir, güclü iltihabəleyhinə təsirə malikdir, xolesterinin səviyyəsini aşağı salır, xərçəng və Alsheymer xəstəliyinin riskini azaldır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.