İraqın mərhum Prezidenti Səddam Hüseynin məzarı dağıdılıb.
“Cia.az”, Trend-ə istinadən verdiyi məlumata görə, məzar Tikrit şəhəri yaxınlığında "İslam dövləti" (İD) terror qruplaşmasının silahlıları və İraq ordusu arasında baş vermiş döyüşlər zamanı dağıdılıb.
İD Tikrit şəhərini 2014-cü il iyunun 11-də ələ keçirmişdi. Şiə hərbi bölmələrinin nümayəndəsi Yair Nuuma bəyan edib ki, məzar ərazisində xeyli sayda İD silahlıları cəmləşmişdi, onlar məzarı minalamışdılar.
Xatırladaq ki, S.Hüseyn 2006-cı il dekabrın 30-da edam edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.