BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Cia.az "Emirates 24/7" portalına istinadən xəbər verir ki, bu barədə rayonun kommersiya sektorunun böyük direktoru Rəşid Əl-Harmudi bildirib.
Qızıl yolun 2026-cı ilin sonunadək inşasının başa çatdırılması nəzərdə tutulub. Əl-Harmudinin sözlərinə görə, bu unikal layihə Dubayın qlobal turizm məkanı və dünya qızıl ticarətinin mərkəzi kimi mövqelərini daha da möhkəmləndirmək məqsədi daşıyır.
Qızıl piyada yolunun salınması ilə yanaşı, həmin rayonda Yaxın Şərqdə qızıl və zərgərlik məmulatlarının ticarətinə həsr olunmuş ən böyük sərgilərdən birinin də keçirilməsi planlaşdırılır.// Oxu.Az
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.
Türkiyənin şimal-qərb hissəsində, o cümlədən İstanbul, Mərmərə dənizi regionu və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan olunub.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ liderlərinə ümumavropa strateji qaz ehtiyatı yaratmaq ideyasını nəzərdən keçirməyi təklif edib.
Dünya ticarətinin əsas arteriyalarından biri olan Hörmüz boğazında ciddi insident baş verib. İçərisində minlərlə elektronika məhsulu olan yük gəmisi minaya düşüb.