banner
banner

İdman

Karateçilərimiz Berlində medallar qazanıb

Karateçilərimiz Berlində medallar qazanıb

Azərbaycan karateçiləri Berlində mövsümün altıncı mərhələsində iki gümüş və bir bürünc medal qazanıb.

Trend-ə Azərbaycan Milli Karate Federassiyasının media və ictimaiyyətlə işlər şöbəsindən verilən məlumata əsasən, Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ikinci yeri, Firdovsi Fərzəliyev (-60 kq) isə üçüncü pilləni tutub.

 

Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatsız qalıb. İdmançıların mükafatlandırılması mərasimində federasiyanın prezidenti Yaşar Bəşirov iştirak edib.

Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate 1 Premyer Liqa turnirində 72 ölkədən 763 idmançı iştirak edib. Mövsümün son liqası 12-14 oktyabr tarixlərində Tokioda keçiriləcək. Milli komanda vətənə qayıtdıqdan sonra Yaponiyadakı yarışa hazırlıq məşqlərinə başlayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.