“Ronaldodan qorxmuruq” - “Valensiya”nın baş məşqçisi
“Valensiya”nın baş məşqçisi Marselinyo Qarsiya Çempionlar Liqasının ilk turunda “Yuventus”a qarşı keçirəcəkləri oyundan danışıb.
Qol.az-ın “Football İtalia”ya istinadən verdiyi məlumata görə, ispan mütəxəssis Turin klubu ilə matçda meydana qələbə üçün çıxacaqlarını bildirib:
“Yuventus” İtaliyanın ən yaxşı komandasıdır. Bu, şübhəsizdir. Komandanın təkcə ölkə daxilində deyil, eləcə də Avropada qazandığı nəticələr belə deməyə əsas verir. Turin klubu cari mövsüm Çempionlar Liqasında əsas favoritlərdən hesab olunur.
Amma bizim xarakterimiz elədir ki, hər oyunda meydana qələbə üçün çıxırıq. Heç bir halda əvvəldən təslim olmuruq. Çempionlar Liqasında yarışmaq, qələbə qazanmaq və qrupdan çıxmağa çalışacağıq.
“Yuventus”u məğlub etmək haqda düşünürük. Bundan əvvəl də Ronaldo ilə qarşılaşmışıq. O, bizə çox problem yaradıb. Amma Kriştianudan qorxmuruq. Onu maksimum dərəcədə zərərsizləşdirməyə çalışacağıq”.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb