Bu gün 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, Bakıda keçiriləcək turnirin II qrupunda mübarizə aparacaq U-17 yığmamız ilk matçında Xorvatiya ilə qarşılaşacaq. "Bakcell Arena"da keçiriləcək oyun saat 16:30-da başlayacaq. Qrupunda ilk oyununda isə Portuqaliya və Serbiya yığmaları üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:00-da veriləcək. Qeyd edək ki, millimiz Bolqarıstanda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması üçün qrupda iki pillədən birini tutmalıdır.
17 mart Elit raund mərhələsi, qrup oyunları 13:00. Portuqaliya - Serbiya 16:30. Xorvatiya - Azərbaycan
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.