banner
banner

İdman

Ronaldinyo məşqdən qovuldu

Ronaldinyo məşqdən qovuldu

Meksikanın "Keretaro" klubunun futbolçusu Ronaldinyo komandanın son məşqindən qovulub.

Qol.Az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, buna ulduz futbolçunun "Toluka" ilə oyunöncəsi keçirilən məşqdə iştirak etməməsi səbəb olub.

Belədə "Keretaro"nun baş məşqçisi Viktor Vuçetiç Ronaldinyonu "Toluka" ilə matçın (0:1) 18-liyinə daxil etməyib. Daha sonra komandanın son məşqindən qovulan 34 yaşlı futbolçunun Meksika klubu ilə yollarının ayrılacağı bildirilir.

Qeyd edək ki, karyerası ərzində "Flamenqo", "Milan", "Barselona", PSJ kimi klublarda çıxış edən Ronaldinyo ötən ilin sentyabr ayında "Keretaro" ilə iki illik müqavilə imzalayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.