banner
banner

Dünya

İndoneziya yenə silkələndi

İndoneziya yenə silkələndi

İndoneziyanın şərq sahillərində baş verən zəlzələnin gücü 6,6 bal olub.

ANS PRESS-in məlumatına görə, İndoneziyanın şərqində yerləşən Moluk dənizi yaxınlığında yeraltı təkanlar qeydə alınıb.

Bu barədə məlumat verən ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) ziyan və xəsarətlər barədə məlumatın olmadığını bildirib.

Zəlzələnin episentri Moluk əyalətindən 136 kilometr uzaqda yerləşən Ternate məntəqəsində, dənizin 41 kilometr dərinliyində olub. Sahil məntəqələrdə hiss olunan zəlzələ əhali arasında ciddi narahatlığa səbəb olmayıb. İndoneziyanın Təbii fəlakətlər üzrə əlaqədar qurumu sunami təhlükəsinin olmadığını bildirib.

Qeyd edək ki, 2004-cü ildə Hind okeanında baş verən zəlzələdən sonra güclü sunami dalğaları İndoneziyanın sahilboyu məntəqələrinə ciddi ziyan vurub. Həmin fəlakətdə 14 sahilyanı ölkədən 230 min insan həlak olub.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.