Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.
Fransada "Monako" "Arsenal"ı qəbul edib. Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Fransa klubu cütün favoriti hesab olunurdu. Oyun London klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin bu hesab Arsen Vengerin komandasına növbəti mərhələyə çıxmaq üçün kifayət etməyib. 1/8 finala “Monako” adlayıb.
Madriddə "Atletiko" Leverkuzen "Bayer"ini qəbul edib. İlk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Dieqo Simeonenin komandası həmin məğlubiyyətin əvəzini çıxıb – 1:0. Ümumi hesab bərabər olduğundan oyun penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (3:2) madridlilər 1/4 finala yüksəlib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.