banner
banner

İdman

"İnter" "Qəbələ"yə qarşı

"İnter" "Qəbələ"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.

Qol.Az-ın məlumatına görə, turun bütün görüşləri bu günə nəzərdə tutulub.

“Simurq” səfərdə autsayder “Bakı” ilə qarşılaşacaq. Matçın favoriti Zaqatala təmsilçisi olsa da, paytaxt klubu rəqibindən xal almağa çalışcaq.

Lider “Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Ağdam təmsilçisi oyunun aşkar favoriti sayılır.

Son vaxtlar uğursuz nəticələri ilə yadda qalan “Xəzər Lənkəran” səfərdə AZAL-ın qonağı olacaq.

Günün son oyunu da paytaxtda keçiriləcək. Burada çempionluğa iddiasını davam etdirən “İnter” “Qəbələ”ni qəbul edəcək.


18 mart (çərşənbə)

Azərbaycan  Premyer Liqası, XXVI tur


15:00. “Bakı” – “Simurq”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança

16:00. AZAL - “Xəzər Lənkəran” 
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev
“AZAL Arena”

16:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: 
Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov
“Kapital Bank Arena”
 
18:00. “İnter” – “Qəbələ”
Hakimlər: 
Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev
 İnter Arena”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.