Hipoqlikemiya tez-tez rast gəlinən patologiyalardan biridir. Bu patologiya əksər hallarda gizli gedişə malık olur və ağırlaşdığı zaman meydana çıxır. Ağırlaşması hipoqlikemik koma sayılır və ölümə səbəb ola bilir. Bu xüsusiyyətinə görə hipoqlikemiyaya bəzən "səssiz ölüm" də deyilir. Xəstəliyin əlamətləri nədir? Hiperqlikemiya qanda şəkərin miqdarının həddindən artıq düşməsidir. Qida qəbulu ilə əlaqədar olaraq qanda şəkərin miqdarının qalxıb düşməsi normal sayılır. Əgər qanda şəkərin miqdarı normadan aşağı düşərsə, bu zaman az qlükozaya sahib olan qan orqan və toxumalarımıza az enerji daşıyar. İnsan beyninin tək enerji qaynağı qlükoza olduğu üçün qlükozasız qan beyini normal qidalandırmır. Adətən beyin düşünərkən, yatarkən, oyaq ikən, hətta yuxu görən zaman enerji qaynağı olaraq qlükozadan istifadə editr. Əgər beynimiz lazım olan qədər qlükoza qəbul eləmirsə "şəkər aclığı" yaşayır. Bu zaman bəzi əlamətlərlə hipoqlikemiya ortaya çıxır ki, bu zaman sanki beyin qlükoza çatışmazlığına üsyan edir. Hipoqlikemiya əlamətləri qanda şəkərin miqdarı 50-dən aşağı olduğu zaman meydana çıxır. Bu əlamətlər aşağıdakılardır: - baş hərlənməsi - baş gicəllənmə - diqqətsizlik - yaddaşsızlıq - düşüncənin itməsi - məntiqin itməsi - unutqanlıq - əsəbilik - aqressiv davranışlar. Əlamətlər vaxtında aradan qalxmasa, xəstə hipoqlikemik komaya düşüb ölə bilir. Xəsləlik özünü çox iştahanın olması ilə göstərir. Belə xəstələr tez-tez yeyir amma 2 saat keçməmiş yenidən acırlar. Onlar daima şirniyyata ehtiyac duyur və məcburən şirniyyat və un məmulatları ilə qidalanırlar. Belə xəstələrin yeməklərinin vaxtını ötürməmələri vacibdir. Onların qidasında qatıq, ayran, yumurta, fındıq, qoz, alma, potağal və başqa proteinli qidalar gün ərzində 3 dəfə yeməkdən əlavə olaraq qəbul edilməlidir. Xətəliyə diaqnoz qoymaq çox asandır. Əgər siz də tez-tez acırsınızsa, yemək qəbulundan sonra tərləyirsinizsə və yaxud yuxunuz gəlirsə, yeməyiniz gecikdiyi zaman əllərinizdə titrəmə varsa, qanda şəkərinizin miqdarını acqarına və yeməkdən sonra yoxladın.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.