banner
banner

Sağlamlıq

Məşhur professordan SƏRT SÖZLƏR: "Bunu etməyin, hamımızın gələcəyi..."

Məşhur professordan SƏRT SÖZLƏR:

Daxili Xəstəliklər üzrə mütəxəssisi, məşhur professor Canan Karatay zeytun və zeytun ağacı haqqında mühüm açıqlamar verib.

Canan Karatay zeytun yağının insan sağlamlığı üçün çox faydalı məhsul olduğunu bildirib:

"Sağlamlığımızı qorumaq məcburiyyətindəyik. Bütün qurumları heç bir fərq qoymadan, zeytunu və kənd təsərrüfatını dəstəkləməyə çağırıram. Bina tikməyin, beton ağacları əkməyin, zeytun ağacları əkin.

Hamımızın, uşaqlarımızın və nəvələrimizin gələcəyi zeytun və zeytun yağından asılıdır. Bütün dünya buna investisiya qoyur. Avtomobil investisiya əhəmiyyətli deyil. Yolların təmiri önəmli deyil. 9 mərtəbəli binaların, 50 mərtəbəli ticarət mərkəzlərinin tikilməsi önəmli deyil. Bu, mədəniyyət deyil. Mədəniyyət əkinçinin və kənd təsərrüfatının dəstəklənməsidir. Bir ölkə ancaq kənd təsərrüfatını yaşadarsa, ayaqda qalar. Əkinçi və kənd təsərrüfatını dəstəkləmək məcburiyyətindəyik. O zaman heç kim bizi əzə və bölə bilməz".

Zeytun yağının dünyanın ən əhəmiyyətli antioksidantı olduğunu vurğulayan Karatay sözlərini belə tamamlayıb:

"Hippokrat Miladdan əvvəl beşinci əsrdə zeytun yağıyla mədə yarası və vəba kimi xəstəlikləri müalicə edib. Soyuq sızma zeytun yağı bağırsaqlardakı problemləri aradan qaldırır. Yaşlılarda bağırsaqların fəaliyyəti pozularsa, beyin də öz funkasiyasını itirməyə başlayacaq. Çünki bağırsaqlar ikinci beyindir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.