Nevada ştatının Atletika Komissiyası Rusiyanın qarışıq üslubda (MMA) döyüşçüsü Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqorun diskvalifikasiya müddətini 10 dekabra qədər uzadıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, tərəflər arasında UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdən sonrakı dava ilə bağlı araşdırma başa çatmadığı üçün bu addım atılıb. Araşdırmanın dekabrın 10-na qədər başa çatacağı gözlənilir.
Komissiyanın digər qərarına əsasən, Həbibə yaxın günlərdə 2 milyonluq qonorarının yarısı veriləcək.
Qeyd edək ki, döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra, rusiyalı idmançı rinqi tərk edərək bir nəfərlə əlbəyaxa dava edib. Həmin şəxsin Makqreqor komandasının üzvü olduğu bildirilir.
Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında da əlbəyaxa dava baş verib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb