banner
banner

İdman

Bu gün "Neftçi" "Qarabağ"la qarşılaşacaq

Bu gün "Neftçi" "Qarabağ"la qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, əvvəlcə "Bayıl Arena"da "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək.

Bu mövsüm hər iki komanda qeyri-sabit çıxışı ilə seçilir. "Səbail" "Zirə" və "Qarabağ" üzərində texniki qələbələrdən başqa daha 2 oyunda sevinməyi bacarıb. Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektiv hazırda 13 xalla 4-cü pillədə qərarlaşıb. İlk qələbəsini ötən tur autsayder "Zirə" üzərində əldə edən "Keşlə" isə hazırda 5 xalla 7-ci pillədədir.

Bu komandalar indiyədək 5 dəfə üz-üzə gəliblər. Hərəyə 2 qələbə qazanan rəqiblər daha 1 görüşdə heç-heçə ediblər. Topların nisbəti 4:4-dür. "Keşlə” son üç görüşdə meydanı qolsuz tərk etməyib. "Səbail”in hər iki ev oyununda 1 qol vurulub.

Turun son matçında "Neftçi" və "Qarabağ" qarşılaşacaq. Bu komandalar II dövrəyə məğlubiyyətlə başlayıblar. Flaqman səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzub. Ağdam təmsilçisi isə evdə "Səbail"i məğlub etsə də, meydana adı protokolda göstərilməyən oyunçunun çıxması səbəbindən texniki məğlubiyyətlə üzləşib - 0:3. Hazırda "Neftçi" 8 oyundan 19 xalla liderdir. Ehtiyatda bir görüşü qalan "Qarabağ" isə 16 xalla 2-ci pillədə yer alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv liderliyi ələ keçirmək üçün mütləq qələbə qazanmalıdır.

Bu komandalar indiyədək 73 dəfə qarşılaşıblar. Bunların 19-da "Neftçi" qalib gəlibsə, 27 matçda "Qarabağ" qələbəyə sevinib. Daha 27 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də Ağdam təmsilçisi üstündür - 77:65. "Qarabağ” 3 oyundur rəqibinə qalib gələ bilmir. "Neftçi” ardıcıl 5 ev matçında qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası, IX tur

28 oktyabr (bazar)

15:00. "Səbail” – "Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

"Bayıl Arena”

17:00. "Neftçi” – "Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Füzuli Nəcəfov

AFFA nümayəndəsi: Şaiq Həmidov

"Bakcell Arena”

İlk oyun günündə "Sabah" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Qəbələ" matçında isə heç-heçə qeydə alınıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.