banner
banner

Dünya

Poroşenko o imzanı atdı

Poroşenko o imzanı atdı

Ukrayna dövlət başçısı Rusiyanın ciddi etirazına səbəb olan bir addım atıb. 

ANS PRESS-in məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın ayrı-ayrı rayonlarının xüsusi statusu haqda qanunu imzalayıb. Bu barədə Ukrayna dövlət başçısının saytında məlumat verilir. 

“Ukrayna prezidenti Pyotr PoroşenkoDonetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında xüsusi yerli özünüidarə qaydaları haqqında qanuna dəyişiklik edib” – deyə məlumatda açıqlanır.

Qanun layihəsinə əsasən, Donbasın bəzi rayonlarında xüsusi qaydalar yerli özünüidarə orqanlarına növbədənkənar seçkilərdən sonra tətbiq olunmalıdır. Sənəddə seçkilərin “bütün qanunsuz silahlı birləşmələrin” ölkə ərazisindən çıxarılmasından sonra Ukrayna qanunlarına uyğun olaraq keçirilməli olduğu vurğulanır. 

Bundan başqa, seçkilərə ATƏT və digər beynəlxalq təşkilatların, həmçinin xarici dövlətlərin nümayəndələrinin nəzarət edəcəyi ayrıca vurğulanır.

Qeyd edək ki, ötən gün bu qanunu Ali Radanın spikeri Vladimir Qroysman təsdiq etmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.