banner
banner

İdman

Şahmatçılarımızın yeni reytinqi

Şahmatçılarımızın yeni reytinqi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, oktyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki (2817) yerini qoruyub. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən  (Norveç, 2835) 18, Fabiano Karuanadan isə (ABŞ, 2832) 15 xal geri qalır.

 

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 20-ci (2736), Rauf Məmmədov 40-cı (2703), Eltac Səfərli (2671) 72-ci,  Qədir Hüseynov (2664) isə 82-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422)  13 pillə geriləyərək 46-cı pillədə qərarlaşıb.

2397 xalla 63-cü olan Xanım Balacayeva ilk dəfə qadınların “100-lüy”ünə düşüb.Gülnar Məmmədova isə 2368 xalla 97-cidir.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.