Refleksologiya elmi insanın ayaq, əl, qulaqdakı xüsusi nahiyələrə əl ilə təsir etməyə əsaslanır. İslaminSesi publika.az-a istinadən bildirir ki, bu elm hesab edir ki, ayaq, əl və qulaqlarda elə nahiyələr sistemi yerləşir ki, bu sistem bədənin bütün müvafiq hissələrinə fizioloji təsir göstərir.
Bu şəkillər barmaqlarımızın bizim bədənimizin hansı orqanı ilə bağlı olduğunu göstərir.
Ürək və ağciyərlər baş barmaqla bağlıdır.
Əgər baş barmağınızı ovuşdursanız və dartsanız siz ürək döyüntünüzü nizama sala və rahat nəfəs ala bilərsiniz.
Mədə və yoğun bağırsaq şəhadət barmağı ilə əlaqəlidir.
Əgər sizdə qəbizlik varsa və ya mədəniz ağrıyırsa şəhadət barmağınızı 60 saniyə müddətində ovuşdurun və sıxın.
Tənəffüs sistemi, qan dövranı, ürək və nazik bağırsaq orta barmaqla əlaqəlidir.
Əgər orta barmağı dartıb sonra ovuşdursanız baş gicəllənməsi, ürək bulanması və yuxusuzluğu müalicə edə bilərsiniz.
Əhval-ruhiyyənizin açarı isə adsız barmaqdır.
Bu barmağı masaj etməklə stresi azaltmaq, nisbətən xoş əhval-ruhiyyə yaratmaq olar.
Böyrəklər, boyun və baş çeçələ barmaqla bağlıdır.
Baş ağrıları, boyun nahiyəsində ağrı və böyrəklərdəki problemləri çeçələ barmağı masaj etməklə yüngülləşdirmək olar.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.