"Nazarovun son zərbələrdə bəxti gətirmir" - baş məşqçi
"Erzgebirge"nin baş məşqçisi Daniel Meyer komandanın futbolçusu Dmitri Nazarov haqda danışıb.
Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, o, millimizin oyunçusunun son həftələrdə çox yaxşı məşq etdiyini deyib: "Ancaq son zərbələrdə bəxti gətirmir. Ümid edirəm ki, o, Azərbaycan millisinin heyətində beynəlxalq arenada özünəinamı bərpa edər”.
Qeyd edək ki, D.Nazarov UEFA Millətlər Liqasında Farer adaları və Kosovo yığması ilə oyunlar üçün hazırda millimizin heyətindədir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.